Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1784/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 28 mart 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 13:00da özünə məxsus HYUNDAİ SANTA FE markalı ** KP *** dövlət qeydiyyat nişanlı olan maşını idarə edərkən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Yavər Əliyev küçəsi istiqamətində Stimul Hospitalının yanında öz xəttində yola davam edən zaman yaranan qəza şəraitində maşını ciddi ziyan görmüşdür. Öz hərəkət istiqamətində olan zaman maşının video qeydiyyat kameraları işlək vəziyyətdə olmuşdur. Baş verən hadisənin görüntülərindən görünür ki, o idarə etdiyi HYUNDAİ SANTA FE markalı ** KP *** dövlət qeydiyyat nişanlı minik maşının qəzaya məruz qalmaması üçün bütün hərəkətləri etmişdir. Bakı şəhər X14 İdarəsinin əməkdaşı baş inspektoru polis mayoru X4 tərəfindən İXP ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. Protokol 18 mart 2025-ci ildə qərarsız, 28 mart 2025-ci il tarixdə qərarlı şəkildə tərtib olunmuşdur. Protokol AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarının pozulmasına görə tərtib edilmişdir. Barəsində tərtib edilmiş protokolda narazılğını bildirib, “razı deyiləm” qeydini aparmışdır. Heç bir hüquqi əsas olmadan barəsində protokol tərtib edilmişdir. Maşınına quraşdırılmış video-qeydiyyat kameralarında hadisənin baş vermə mexanizmi açıq-aydın şəkildə görsənir. O heç bir qayda pozuntusu etməmişdir. Qanunun tələblərinə uyğun maşınını idarə etmişdir. Qərarı götürmək üçün müraciət etdiyi zaman laqeyd və hörmətsiz yanaşma görmüşdür. Sonra müraciət etdikdən sonra barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP /139869 saylı qərarı ona təqdim etdilər. O hazırda məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Onun üzləşdiyi haqsızlığın qarşısının alınmasını xahiş edir. Hesab edir ki, Bakı şəhəri X14 İdarəsinin elektron qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cərimənin ona tətbiq olunması qanunsuzdur. Hal-hazırda belə bir maddi məsuliyyətin onun üzərinə qoyulması qanunsuzdur. Bakı şəhəri X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatından görünür ki, Barəsində qərar çıxarılmış fiziki şəxs X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli tənbeh qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X7 18 mart 2025-ci il tarixində saat 13:00-radələrində idarə etdiyi HYUNDAİ SANTA FE minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq yolayrıcını keçmə qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan Mercedes-Benz C280 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək sağ qanad hissəsini əzərək maddi ziyan vurmuşdur. Bakı şəhəri Baş Polis İdarəsinin X14 idarəsinin yol-nəqliyyat hadisələri üzrə YPX inspektoru polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:00-radələrində ona məxsus HYUNDAİ SANTA FE minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı olan maşını idarə edərkən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Yavər Əliyev küçəsi istiqamətində Stimul Hospitalının yanında öz xəttində yola davam edən zaman yaranan qəza şəraitində maşını ciddi ziyan görmüşdür. Öz hərəkət istiqamətində olan zaman maşının video qeydiyyat kameraları işlək vəziyyətdə olmuşdur. Baş verən hadisənin görüntülərindən görünür ki, o idarə etdiyi HYUNDAİ SANTA FE minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı minik maşının qəzaya məruz qalmaması üçün bütün hərəkətləri etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Baş vermiş yol nəqliyyat hadisəsi tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati araşdırma zamanı məlum olmuşdur ki, X7 18 mart 2025-ci il tarixində saat 13:00-radələrində idarə etdiyi “HYUNDAİ SANTA FE” minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq yolayrıcını keçmə qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan “Mercedes-Benz C280” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək sağ qanad hissəsini əzərək maddi ziyan vurmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV-ci hissəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Belə ki, barəsində qərar çıxarılmış X5 avtomobilində real vaxt rejimində qeydə alınmış görüntülərdən məlum olur ki, HYUNDAİ SANTA FE minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü sola təhlükəli manevr edərək hərəkət üstünlüyünə malik olan Mercedes-Benz C280 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. İşin faktiki halları ilə yanaşı inzibati araşdırma zamanı iş üzrə toplanmış (izahatlar, YNH sxemi, protokol) sübutlar əsasında düzgün olaraq X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə də X5 şikayəti əsassız olduğundan təmin edilməməli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə yerində şəhər kameraları olduğu halda götürülməmiş, baxış keçirilməmişdir, baxış keçirildiyi təqdirdə onun günahsız olduğu müəyyən ediləcəkdir. Onun tərəfindən maşının video qeydiyyat kameraları götürülmüş, tərəfindən məhkəməyə təqdim edilir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatından görünür ki, 18 mart 2025-ci il tarixdə o, ünvan 1ndən Əzizbəyov tərəfə gedərkən, Vüqar Əzizov isə Bülbülə tərəfdən gəlirdi, yol tıxac idi və Vüqar Əzizovun qarşısında ağ rəngli bir maşın var idi. Həmin maşın ilk öncə maşını ona tərəf çəkmiş, daha sonra isə maşını Vüqar Əzizova tərəf çəkmişdir. Vüqar Əzizov həmin maşını vurmamaq üçün qabağa dorğu çıxdıqda, onun maşını Vüqar Əzizovun maşının arxa hissəsi ilə toqquşmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixində saat 13:00-da ünvan 1 ünvanı ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 28 mart 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixində saat 13:00-da ünvan 1 ünvanı ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; X7 iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2025-ci tarixdə saat təxminən 13:00 radələrində özünə məxsus “HYUNDAİ SANTA FE” minik markalı, **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yavər Əliyev küçəsində ... üzü Bakıxanov istiqamətinə hərəkət edən zaman dairəyə yaxınlaşmış, qarşısında olan “Nissan” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etdi. O, sol istiqamətə keçib boş olduğunu gördükdə “Nissan” markalı avtomaşının arxasıyla hərəkət etdi. Həmin avtomaşın qəsdən qarşısında əyləcdən istifadə istifadə edərək idarə etdiyi avtomobilini sağ istiqamətə üstünə çəkərək ona qəza şəraiti yaratdı. Bu zaman sol istiqamətdən gələn “Mercedes” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan onun idarə etdiyi avtomobilə sol arxa təkərinə dəyərək, onun avtomaşının qabaq sağ farası və buferi zədələndi. Sərxoş olmamışam, xəsarət almammışam. Avtomobilinə təxminən 300-400 manat ziyan dəymişdir. Baş vermiş hadisədə özünü günahkar bilmir, yazılmış protokolla razılaşmır; Şahid izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:00-da özünə məxsus “Mercedes” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yavər Əliyev küçəsində hərəkətdə olan zaman sağdan düzünə hərəkət edən “HYUNDAİ SANTA FE” minik markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü onun qarşısına çıxıb avtomobilinin qabaq hissəsi onun avtomobilinin sol yan hissəsini vurdu. Sərxoş olmamış, xəsarət almamışdır. Avtomobilinə təxminən 800 manat ziyan dəymişdir; X5 təqdim etdiyi görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 18 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin, hadisəni əks etdirən TŞ kameralarından videogörüntü əldə edilərək iş materiallarına əlavə edilməmiş, ətraflı araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, X7 barəsində Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 28 mart 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X7 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 28 mart 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 28 mart 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1784/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver