Məhkəmə qərarları › İş №3(008)-1786/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1786/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1786/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, daş karxanasında sürücü işləyən, Daşkəəsn rayonu, Bayan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs özünə məxsus olan “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolunda həərkətdə olarkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkətdə olan “KİA Optima” markalı, 99 – ZT–321 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər və sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Mercedes Benz” markalı **-HH-*** d.q.n-li avtomobili, BB 257715 seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir.14 fevral 2025-ci il tarixdə saat təxminən 23 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi- Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Balaxanı qəsəbəsi istiqamətində saatda təxminən 50-60 kilometr sürətlə hərəkətdə olduğu zaman hava yağışlı yolduğundan yol örtüyü sürüşkən olmuş, ona görə idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Kia Optima” markalı, **-ZT-*** d.q.n-lı avtomobilin hərəkət zolağına keçərək avtomobilinin ön sol qanad və ön sol qapı hissəsi ilə həmin avtomobilin ön hissəsindən vuraraq dayanmışdır.Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilin sürücüsü və özü xəsarət almışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə valideyni ilə birlikdə yaxınlaşdıqda o, yeni avtomobil alınıb verilməsini tələb etmişdir. İlk dəfə məsuliyyətə cəlb olunur. Səhv etmişdir. Əməlindən peşmandır. Özü daş karxanasında sürücü işləyir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, “Kia Optima” markalı **-ZT-*** d.q.n-li avtomobili, etibarnamə ilə AC 098034 seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir.14 fevral 2025-ci il tarixdə saat təxminən 23 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi- Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Binəqədi rayonu istiqamətində saatda təxminən 20-30 kilometr sürətlə hərəkətdə olduğu zaman əks istiqamətdən gələn “Mercedes Benz” markalı **-HH- *** d.q.n-lı avtomobilin təxminən 80-100 metrlik məsafədən ziqzaqvari hərəkətlərlə gəldiyini görmüş və dərhal idarə etdiyi avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Bu zaman həmin avtomobilin sürücüsü avtomobilin ön sol hissəsi ilə avtomobilinin ön sol hissəsindən vuraraq dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən, sol qolundan və sağ ayağından xəsarət almışdır. Ona həyat sığortası tərəfindən 760 manat ödəniləcəyi bildirilmişdir. Onun başında bu dəqiqədə şüşə vardır. İşi ilə bağlı tədbirlərdə iştirak etdiyindən doğru düzgün müalicə oluna bilməmişdir. Zərərçəkmiş şəxs bir dəfə də olsun onunla maraqlanmamışdır. Maşının təmirinə sığortanın müəyyənləşdirdiyi 8300 manat qiymətlə razı deyil. O, maşını bir neçə təmir yerində yoxlatdırmış, 12.000 manata yaxın xərc tələb olunmuşdur. Maşın yararsız vəziyyətdədir. Nəyə görə saz vəziyyətdə almış olduğu maşını kustar üsulla düzəltdirib idarə etməlidir. Ona görə hesab edir ki, ona yeni maşın alınıb verilməlidir. Şəxs şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 302 saylı ekspert rəyinin görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və sol mil-bilək oynağı nahiyələrinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı, sol diz oynağı nahiyəsinin əzilmiş yarası və qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Altay Məmmədovun xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs və digərlərinin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolunda həərkətdə olarkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkətdə olan “KİA Optima” markalı, 99 – ZT – 321 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobillərə maddi zərər və sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi peşmançılığını, ilk dəfə məsuliyyətə cəlb olunmasını, qazancının sürücülük fəaliyyətindən yaranmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar