Məhkəmə qərarları › İş №3(008)-1789/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1789/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1789/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X4, Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə "inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə" xx.xx.2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs xx.xx.2025-ci ildə Bakı şəhəri Sabunçu rayonu Nardaran kəndində yerləşən "Sea Breeze" yaşayış kompleksində tikilməkdə olan yaşayış binasında xx.xx.2024-cu ildə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cu il tarixli xidmət müqaviləsinə əsasən beton işlərini görən zaman təhlükə mənbəyi olan hərəkətli hissələrinin (firezinin) üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istismarına yol verildiyinə görə "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"ün 2.1.5 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli FTB-HC- 3011-23 nömrəli "İşlərin icrasına dair xidməti müqaviləsi"nə əsasən iş sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməməsi nəticəsində ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X7 qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cu il tarixli xidmət müqaviləsinə əsasən o, “See Breeze” yaşayış kompleksində beton işlərinin görülməsi işlərini həyata keçirmişdir. Ceyhun İsmayılov isə həmin yaşayış kompleksində tikilən yaşayış binasında fəhlə işləmişdir. Ceyhunu işə o, götürmüşdür. Hadisə baş verən gün Ceyhun heç kimə demədən binanın ikinci mərtəbəsində taxta kəsən avadanlıqla iş görən zaman baş barmağından xəsarət almışdır. Ceyhun əslində o, avadanlıqla işləməli deyildi. Həmin avadanlıqla işləmək yalnız bir əməkdaşa həvalə olunmuşdur. Müəssisəsidə işləyən digər şəxslər həmin avadanlıqla işləməmələri ilə bağlı təlimatlandırılmışlar. Məhkəmə tərəfindən qeyd edilənlərin nəzərə alınmasını xahiş edirəm. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 Sabunçu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 206 nömrəli ekspert rəyindən görünür ki, X3 hissi və hərəkəti funksiyasının pozulmasına, eləcə də dırnaq falanqasının tam və əsas falanqasının bir hissəsinin nekrozuna (qanqrena) səbəb olan sağ əlin İ barmağının dırnaq falanqa oynağı səviyyəsində kəsilmiş-deşilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, işlək vəziyyətdə olan dəzgahın kəsici hissəsinin təsirindən törənə bilər, qərarda gösterilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb dan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/986 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"ün 2.1.5 bəndinin tələbləri pozulmuşdur. Sabunçu rayonu Nardaran qəsəbəsi "Sea Breeze" adlanan sahədə yerləşən tikinti sahəsində təhlükə mənbəyi olan hərəkətli hissələrinin (frezinin) üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istismarına yol verildiyinə görə, "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"ün 2.1.5 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli FTB-HC-3011-23 nömərli "İşlərin icrasına dair xidmət müqaviləsi"nə əsasən iş sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalanna riayət olunmasını üzərinə götürmüş Şəxs tərəfindən pozulmuşdur. Hadisənin avadanlığın texniki vəziyyətinin mövcud qaydaların tələblərinə uyğun olmaması nəticəsində baş verməsini nəzərə aldıqda X5 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən vəzifəli şəxs, xx.xx.1990-cı ildə Laçın rayonu Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Laçın rayon, Qızılca kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Stansiya Sumqayıt 52-ci bina, mənzil 30-da yaşayan Şəxs (FİN:xxxxxxx) barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. İş materiallarında olan FTB-HC-3011-23 nömrəli "İşlərin icrasına dair xidmət müqaviləsin"nin 4.2.9-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, ətraf mühitin və atmosfer havasının mühafizəsi,ekoloji təhlükəsizlik qaydalarına və normalarına ciddi riayət olunmasını, habelə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq səlahiyyətləri icra edən mühəndislərin cəlb edilməsini təmin etmək öhdəliyini müqavilə üzrə icraçı olan Şəxs öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Şəxs arasında xx.xx.2023-cü ildə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu müqaviləyə əlavələrlə müəyyən edilmiş işləri icra etmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Şəxs eyni zamanda iş sahəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyır. Onun tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması (tikinti sahəsində təhlükə mənbəyi olan hərəkətli hissələrinin (frezinin) üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istismarına yol verildiyinə görə) səbəbindən xx.xx.2024-cü ildə X5 Bakı şəhəri Sabunçu rayonu Nardaran kəndində yerləşən "Sea Breeze" yaşayış kompleksində tikilməkdə olan yaşayış binasında fəhlə kimi iş görən zaman dikləri kəsdiyi avadanlıq sağ əlinin baş barmağını zədələməsi nəticəsində dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almış, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə" xx.xx.2025-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs məhkəmə iclasında Ceyhunun əslində o, avadanlıqla işləməli olmadığı, həmin avadanlıqla işləməyin yalnız bir əməkdaşa həvalə olunduğunu, müəssisəsidə işləyən digər şəxslərin həmin avadanlıqla işləməmələri ilə bağlı təlimatlandırılmalarını qeyd etməsinə baxmayaraq bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə Şəxs bu izahatını özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Samirə Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar