Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1812/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Əliyev Emin Eldar oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Qazax rayonu, Kəmərli kəndində anadan olmuş, Azərbaycan Rsepublikası vətəndaşı, evli, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı X2 bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Törətdiyi inzibati xəta barəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru Xəyal İbəşov tərəfindən MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqına protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni tikilidə arvadı X4 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səhv etdiyini, arvadı olduğu üçün onu bir-neçə dəfə döydüyünü bildirdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X5 xx xxxx 2020-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs onu döydüyünü bildirərək onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs X4 döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, X2 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün rədd materialı sahə müvəkkilinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspert və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 984 saylı ekspert rəyində X1 göz yuvasıətrafı nahiyyənin, sağ saidin və döş qəfəsinin ön səthinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olması ekspert rəyi və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət yaradır. Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-cı il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan X6 Saxlanılması Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №3(008)-1812/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1812/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver