Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-182/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə Qərarından şikayət verilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X7 həmin qərardan şikayət vermişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “TOFAŞ ŞAHİN” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Sabunçu RPİ-nin DYPŞnin inspektoru tərəfindən saxlanılaraq təhlükəsizlik kəmərini taxdığı halda əsassız yerə barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X8 izahatında bildirmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 09:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “TOFAŞ ŞAHİN” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə tərəfindən saxlanılmış və barəsində qanunamüvafiq olaraq olaraq Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş iştirak edən Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X5 izahatında bildirmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 09:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “TOFAŞ ŞAHİN” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə tərəflərindən saxlanılmışdır. Digər polis əməkdaşı Fuad Məmmədov tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. X4 qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəməyə gəlməmələrinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən şəxsin və şahidin izahatları ilə təsdiq olunur. İş materiallarına olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis serjantı Fuad Axundov tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “TOFAŞ ŞAHİN” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 xx.xx.2024-cü il tarixdə saat 09:19-da “Bakı, Abşeron (Nardaran) 30” istiqamətində Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmədiyinə görə Azərbaycan Respublikası 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X7 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 Polad Ramiz oğlu xx.xx.2024-cü il tarixdə saat 09:19-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “TOFAŞ ŞAHİN” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamamışdır. Bundan əlavə X7 şikayət ərizəsində özünü təqsirli bilməməsi, məhkəmə tərəfindən özünü müdafiə xarakterli qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadəsi, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən izahatı və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X7 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-182/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-182/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver