Məhkəmə qərarları › İş №3(008)-1820/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1820/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1820/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanova, X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək özü və qızları barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində özü və qızları barəsində AR İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsində hansı orqan tərəfindən tərtib edilmiş protokoldan və ya qərardan şikayət verildiyi, protokolun və ya qərarın tarixi və nömrəsi göstərilməmiş, mübahisələndirilən protokol, o cümlədən protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, şikayətdə üç şəxs barəsində tərtib edilmiş protokoldan şikayət verildiyi göstərilsə də, üç şəxs barəsində olan protokol və ya qərardan hər bir şəxs ayrılıqda şikayət verməlidir. Lakin hazırki halda X2 yalnız özü barəsində olan protokoldan deyil, daha iki nəfər şəxs barəsində olan protokoldan şikayət vermişdir ki, bu da qanunvericiliyin tələbləri bir araya sığmır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək ərizəyə müvafiq sənədləri əlavə etməklə məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. X1 düzgün tərtib edilmiş və zəruri sənədlər əlavə edilmiş şikayət ərizəsi ilə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar