Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1821/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 06 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(008)-1280/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 42000 manat məbləğində pul tutulub iddiaçı X1 verilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasını üzrlü səbəblər olmadan təmin etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı Şəxs sözügedən icra vərəqəsi ilə bağlı 2017-2018-ci illərdə tələbkara ona olan borcunun müqabilində Nardaran qəsəbəsi ərazisində bələdiyyə sənədi ilə 25 sot torpaq verdiyini, bundan əlavə 3000 manat, 1000 ABŞ dolları və əlavə olaraq 1500 manat ödəniş etdiyini, bundan sonra tələbkarın nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında iş üzrə icraata xitam verildiyini bildirmiş, bu səbəbdən də həmin vaxtdan etibarən tələbkara heç bir ödəniş etməmişdir. Məhkəmənin Şəxs göstərdiyi xüsusatları nəzərə alaraq müvafiq xitam qərarının məhkəməyə təqdim olunması barədə icra məmuruna müraciətinə cavab olaraq icra məmuru Əmirov Amil qeyd olunan işin arxiv şöbəsində olduğunu və onun arxivdən qaldırılmasının bir qədər zaman alacağını, belə olan halda inzibati xəta haqqında protokolun geri qaytarılmasına etiraz etmədiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan iş üzrə icraata xitam verilməsi barədə müvafiq məhkəmə qərarı hazırki işin yekun nəticəsinə təsir edə biləcəyi üçün onun məhkəməyə təqdim edilməsi zəruri olduğundan, hazırda isə həmin qərarın təqdim edilməsi mümkün olmadığından, bununla da məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmaldır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 06 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1821/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1821/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver