Məhkəmə qərarları › İş №3(008)-1832/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1832/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1832/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, 10 noyabr 2001-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ27035945 saylı qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ27035945 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 ərizəsini onunla əsaslandırmışdır ki, onun heç bir təqsiri yoxdur. O “Waze” mobil tətbiqinin göstərişi ilə sola hərəkət etmişdir. Heç bir qayda pozmamışdır. Qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş edir. Ona verilən suallara cavabında bildirmişdir ki, “Waze” mobil tətbiqi dönməyə icazə verdiyi üçün dönmüşdür. Həmin yerdən qabaqda sola, arxaya və digər istiqamətlərə dönmək üçün dairə mövcuddur. İş materiallarına əlavə edilmiş 31 mart 2025-ci il tarixli, EQ27035945 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətindavam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. X4 tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən də görünür ki, **-CQ-*** dövlət qeydiyyat nişanlı “Nissan Note minik” markalı avtomobil üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydası pozuntusuna yol verməsi aşkar surətdə görünür. Yolun həmin hissəsində sola dönmək üçün hər hansı icazə verilən yol nişanı və xətt mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb, şikayətçini dinləyib, foto-şəkilə baxış keçirib, iş üzrə əhəmiyyətli olan bütün halları araşdırıb hesab edir ki, şikayət verimiş şəxs X4 tərəfindən 31 mart 2025-ci il tarixli qərarın ləğv olunması üçün əsaslar olmamış, şəxsin təqdim etdiyi foto-şəkillə də, onun inzibati xətanı törətdiyi tam təsdiq edilir. Göründüyü kimi İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto-şəkil) şikayətçinin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Şikayətçi məhkəmə iclasında bildirmişdir ki, o, “Waze” mobil tətbiqinin göstərişi ilə sola hərəkət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş qərar üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydası pozuntusudur, sürücü üfuqi nişanlanma xətlərinin tələblərini pozaraq digər istiqamətdən daxil olan hərəkət iştirakçılarına maneə olmalı deyildi. Əlavə olunmuş kameranın foto şəkillərindən aşkar surətdə görünür ki, **-CQ-*** dövlət qeydiyyat nişanlı “Nissan Note minik” markalı avtomobil üfuqi nişanlanma xətlərinin tələblərini pozaraq qarşıdan əks istiqamətdə hərəkət edən avtomobillərin hərəkətinə mane olur. Şikyətçinin izahatında göstərdiyi qoşa xətt nişanının görünməməsinə dair dəlilə münasibətdə məhkəmə hesab edir ki, həmin xətt nişanı solğun vəziyyətdə olsa da görünür və yolun həmin hissəsində sola və geriyə dönmək üçün hər hansı icazə verilən yol nişanı mövcud deyildir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ27035945 saylı qərarının ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar