Məhkəmə qərarları › İş №3(008)-1834/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1834/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1834/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanova, X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinin X6 barəsində 26 noyabr 2020ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polis İdarəsinin X6 barəsində 26 noyabr 2020-ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X4 onun mülkiyyətçisi olduğu avtomobili etibarnamə əsasında idarə edən və xx.xx.2017-ci il tarixdə vəfat etmiş kürəkəni X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə qeyd edir ki, X6 barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ onun özünün öldüyü halda yalnız onun hüquqi varisinə, yəni yaxın qohumuna məxsusdur. Lakin şikayət vermiş şəxs X1 Valeh Sətdar oğlunun yaxın qohumu olmamaqla onun hüquqi varisi hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinin X6 barəsində 26 noyabr 2020-ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılmalı və şikayətçiyə AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X6 barəsində 26 noyabr 2020-ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X5 hüquqi varisinin şikayət vermək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinin X6 barəsində 26 noyabr 2020ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X6 barəsində 26 noyabr 2020-ci il tarixli, EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X5 hüquqi varisi tərəfindən müvafiq şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar