Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1834/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, X1 barəsində tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 barəsində tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta Bakı, akad. Həsən Əliyev 32 ünvanında baş vermişdir. Yəni inzibati xəta Sabunçu rayonun ərazisində baş verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarından göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs həmin qərardan narazı qaldığı halda iki alternativ imkan nəzərdə tutulmuşdur: ya şəxs inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət edə bilər, ya da vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardan şikayət verən şəxs Sabunçu rayonunda qeydiyyatda olsa da, şikayətə Sabunçu Rayon Məhkəməsində baxılmasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Qərardan şikayət verən şəxs qərarı hansı tarixdə almasını təsdiq edən sənəd əlavə etmədiyindən onun qərardan şikayət vermə müddətini ötürüb-ötürməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılsın. X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, eyni zamanda qərardan şikayət verilmə müddəti üzrlü səbəbdən ötürüldüyü halda bunu təsdiq edən sübutları əlavə etməklə müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1834/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1834/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver