Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1835/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 Baş Dövlət Yol Polis İdarəsinin EQ5981915 nömrəli protokol əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X4 şikayət verərək Baş Dövlət Yol Polis İdarəsinin EQ5981915 nömrəli protokol əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin EQ5981915 nömrəli protokol əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərar X6 barəsində qəbul edilmişdir. Şikayətə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericilik şəxs öldükdə onun yaxın qohumlarının(babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) onun hüquqi varisi qismində tanınmasını nəzərdə tutmuşdur. X4 şikayət ərizəsində göstərmişdir ki, o, X5 qaynatasıdır. Göstərilənlərə əsasən X1 qərardan şikayət vermə hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmin qərardan ölmüş şəxsin hüquqi varisi tərəfindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Baş Dövlət Yol Polis İdarəsinin EQ5981915 nömrəli protokol əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasına dair şikayəti X3 geri qaytarılsın. X3 xx.xx.2021-ci il tarixli qərardan ölmüş şəxsin hüquqi varisi tərəfindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1835/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1835/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver