Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1835/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X5 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X1 tərəfindən ərizəsinə qeydiyyat yeri üzrə baxılmasına dair vəsatət şikayət ərizəsinə əlavə edilməmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət vətəndaş X4 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 tərəfindən xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarın ləğv olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayət ərizəsi X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1835/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1835/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver