Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1836/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 24 fevral 2023-cü il tarixli, 00800-00092/23 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 27 yanvar 2022-ci il tarixdə, netto çəkisi 5,4 kq gömrük dəyəri 957,67 AZN olan “aksiz malların aksiz markaları, spirtli içkilər üçün” adlı yükü **********8905 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal müddəti 17 iyul 2022-ci il tarixdə bitməsinə baxmayaraq malların müvəqqəti idxal müddəti uzadılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilmişdir. 25 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X1 təqdim edərək 15 aprel 2022-ci il tarixdə müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş aksiz markaları ilə spirtli içkiləri markalayaraq Rusiya Federasiyasına göndərdiyini, bununla da 17 iyul 2022-ci il tarixədək həmin markaların digər gömrük prosesurunda rəsmiləşdirildiyini qeyd edərək inzibati xətanın baş verməməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə səlahiyyətli orqana-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən 27 yanvar 2022-ci il tarixdə **********8905 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 957.67 AZN netto çəki 5.4 kq) yük müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti 17 iyul 2022-ci il tarixdə bitməsinə baxmayaraq müvəqqəti idxal müddəti uzadılmamış və ya digər gömrük proseduru rəsmiləşdirilməmişdir. İnzibati xəta haqqında 24 fevral 2023-cü il tarixli, 00800-00092/23 saylı protokoldan görünür ki, Şəxs 27 yanvar 2022-ci il tarixdə, netto çəkisi 5,4 kq gömrük dəyəri 957,67 AZN olan “aksiz malların aksiz markaları, spirtli içkilər üçün” adlı yükü **********8905 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal müddəti 17 iyul 2022-ci il tarixdə bitməsinə baxmayaraq malların müvəqqəti idxal müddəti uzadılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Məhkəmə baxışı zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş **********8933 saylı gömrük bəyannaməsindən görünür ki, 15 aprel 2022-ci il tarixdə Şəxs tərəfindən müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş aksiz markaları ilə markalanmış mallar (spirtli içkilər) digər gömrük prosedurunda rəsmiləşdirilərək LLC “SİRİUS” şirkətinə (Russia, Saint-Peterburg) göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə,yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlərdən görünür ki, Şəxs tərəfindən müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş aksiz markaları ilə markalanmış mallar (spirtli içkilər) digər gömrük prosedurunda rəsmiləşdirilərək 15 aprel 2022-ci il tarixdə, yəni 17 iyul 2022-ci il tarixədək LLC “SİRİUS” şirkətinə (Russia, Saint-Peterburg) göndərilmiş və bununla da inzibati xəta hadisəsinin baş verməsi istisna edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs tərəfindən 17 iyul 2022-ci il tarixədək müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş aksiz markalarının 15 aprel 2022-ci il tarixdə digər gömrük prosedurunda rəsmiləşdirildiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1836/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1836/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver