Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-185/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Samir Əzizovun, Zərərçəkmiş şəxs Bünyad qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Dağıstan Respublikası Naxodka şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Qaraçı ərazi dairəsi Qaraqurdlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı icra sənədinə əsasən Şəxs hər ay 340 manat sabit pul məbləğində aliment, 70 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs Bünyad qızına ödənilməlidir. Hazırda Şəxs 3300 (üç min üç yüz) manat aliment borcu vardır. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Samir Əzizov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Mövlanov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bünyad qızı aliment borcundan Şəxs tərəfindən 3300 manat ödəmədiyini bildirmişdir. Əvvəllər ona aliment pulunu karta ödəsə də, sonradan kart işləmədiyindən əlbəəl ödəməyə başlamışdır. Hazırda ona olan aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, tələbin könüllü icrası barədə bildiriş 2023-cü ilin avqust ayında ona təqdim olunmuş, bundan sonra mütəmadi olaraq ödənişlər etmişdir, zərərçəkmiş şəxs 1550 manat ödəniş etdiyini göstərsə də o, 2300 manat ödəniş etmişdir, zərərçəkmiş şəxsin kartı işləmədiyindən ödənişləri nağd şəkildə ona vermişdir. Övladlarından biri fiziki məhdudiyyətli olduğundan son vaxtlar zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs tərəfindən onun müalicəsi ilə bağlı xeyli sayda dərman vasitələri istənilmiş, o da onları alıb aparmışdır, buna görə də maddi imkanı çatmadığından əvvəlki dövrə, yəni məhkəmə prosesi getdiyi dövr üçün olan borcunu tam olaraq ödəyə bilməmişdir. Sonuncu ay 150 manat ödəniş etmişdir. Hazırda aliment borcunu ödəməkdən imtina etmir, yaxın vaxtlarda borcunu ödəməyə çalışacaqdır. Xahiş edirki, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı icra sənədindən görünür ki, Şəxs hər ay 340 manat sabit pul məbləğində aliment, 70 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs Bünyad qızına ödənilməli qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı cra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2023-cü il tarixində qəbul etmişdir; xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı icra sənədi üzrə aliment borcunu ödəməməsinə görə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tədqiq edilərək müəyyən edilmişdir ki, Mövlanov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-112/2023 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs Mövlam oğlunun səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Mövlam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməlidir. Məhkəmə tələbin könüllü icrası barədə bildirişin xx.xx.2023-cü il tarixdə Şəxs təqdim edildiyini, yaranmış borcun əksəriyyətinin məhkəmə prosesi getdiyi dövr üzrə köhnə borc məbləği olduğunu nəzərə alaraq hesab edir ki, ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-185/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-185/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver