Məhkəmə qərarları › İş №3(008)-1897/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1897/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1897/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 25 yanvar 2023cü il tarixli, EQ 12894057 nömrəli qərarının ləğv olunmasına dair şikayətini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə qəbul olunmuş 25 yanvar 2023-cü il tarixli, EQ 12894057 nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X3 şikayət vermişdir. İş materiallarından görünür ki, qərardan şikayət verən şəxs X2 qeydiyyat və yaşayış yeri kimi ünvan 1 ünvanı kimi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və yə protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, sikayət və ya protest üç gün müddətində aidiyyatı üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyati qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokol və ya digər materiallara baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Abşeron rayonu ərazisində baş vermişdir. Bunlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 25 yanvar 2023-cü il tarixli, EQ 12894057 nömrəli qərarının ləğv olunmasına dair şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə inzibati xəta hadisəsinin Abşeron rayonu ərazisində baş verməsini nəzərə alaraq, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 25 yanvar 2023-cü il tarixli, EQ 12894057 nömrəli qərarın ləğv olunmasına dair şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyati üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110.1, 129 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 25 yanvar 2023-cü il tarixli, EQ 12894057 nömrəli qərarının ləğv olunmasına dair şikayəti, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyati üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və alındığı gündən 10 gün müddətində Bakı şəhər, Sabunçu rayon məhkəməsin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar