Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1907/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan və inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şəxs ilə keçmiş sevgilisi Zərərçəkmiş şəxs arasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu Vağzalı adlanan yerdə münaqişə yaranmış, münaqişə zamanı Şəxs orada Zərərçəkmiş şəxs döymüş və ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 17 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 2 ilə yaxın müddətdə Zərərçəkmiş şəxs ilə arasında qeyri-rəsmi münasibətləri olmuş, bir evdə yaşamışlar. Sonradan aralarında münaqişələr yarandığından ayrılmaq istəmişdir. Nargilə isə ayrıldıqdan sonra onu rahat buraxmamış, anasına özünə yığaraq onu narahat etmişdir. Nargilə “tik tok” sosial şəbəkəsi vasitəsilə canlı yayım açaraq onu təhqir etməyə başlamış, o da Nargiləyə zəng vuraraq məsələni aydınlaşdırmaq istəmiş, onu Sabunçu Vağzalı adlanan yerə dəvət etmiş, orada aralarında olan mübahisə zamanı Nargilə onu vurmaq istəyərkən onu itələmişdir. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Bundan başqa əsəbləşərək Nargilənin avtomobilinə təpiklə vurmuşdur. Göstərilənlərə əsasən o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şəxs onu Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu Vağzalı adlanan yerə çağırıb “tik tok” sosial şəbəkəsində nə üçün onu təhqir etdiyini soruşmuş, orada aralarında münaqişə yaranmış, münaqişə zamanı Şəxs onu döymüşdür. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X3 17 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 121 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ çənə, sol bud və sol diz oynağı nahiyələrinin qançırları müəyyən edilmiş, xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi və müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlməsi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələrinin təyin edilməməsi qeyd olunmuşdur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1907/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1907/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver