Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1913/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Gündüz İsmayılov tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X6 şikayət verərək X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş qərardan görünür ki, xx.xx.2024-cü l tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs X5 barəsində qəbul edilmişdir. Həmin qərardan X2 nümayəndəsi qismində X6 şikayət vermişdir. Lakin, X3 nümayəndə qismində səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. İş materiallarına xx.xx.2024-cü il tarixli “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKETİ”NİN Azərbaycan Respublikasındakı Filialının direktoru tərəfindən verilmiş etibarnamə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Sözügedən inzibati tənbeh vermə haqqında qərar hüquqi şəxs barəsində deyil, vəzifəli şəxs barəsində qəbul edilmiş, lakin iş materiallarına əlavə edilmiş etibarnamə hüquqi şəxsi təmsil etmək üçün onun direktoru tərəfindən X4 verilmişdir. Göründüyü kimi, iş materiallarında nümayəndənin səlahiyyətlərini təsdiq edən order və ya etibarnaməyə rast gəlinməmişdir. Göstərilənlərə əsasən X1 təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1913/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1913/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver