Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1923/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədov Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, Şəxs (**********) barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs (**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 04 aprel 2025-ci il tarixli, 00100-00837/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu ŞTQ, Sabunçu qəsəbəsi, Aydınbəyov ev 14, m 10 qeydiyyatda olan hüquqi şəxs Şəxs ünvanına 196ADC10/14ADC10 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətrilən malların xx.xx.2025-ci il tarixli **********3014 sorğu nömrəli bəyyanaməsi ilə Bakı Baş gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasınəın gömrük ərazisinə gətrilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X14 xx.xx.2025-ci il tarixli 00100-00837/25 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X3 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, E302TE05/AE895605 nömrə nişanlı yük avtomaşını Şəxs ünvanına göndərilən mallar 06 mart 2019-cu il tarixdə saat 1 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X3 Sistemi” informasiya resursundan “malın çatdırlıması və boşaldılması”-na dair çıxarışdan görünür ki, Şəxs ünvanına 196ADC10/14ADC10 nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 00:08-də “Beynəlxalq Dəniz icarət Limanı gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətrilimşdir”. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs "xxxx" MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə işə hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs (VÖEN **********) 05 may 2025-ci il tarixdə Bakı Gömrük İdarəsində **********3014 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çin respublikasında fəaliyyət göstərən “X15 X20” şirkətindən ünvanından Şəxs ünavnına 196ADC10/14ADC10 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “mexanizimlər,elektrik avadanlıqları, onların hissələri ” yükünü Azərbaycan Respublikasınm gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 28 fevral 2025- ci il tarixdə saat 00:008-də radələrində “İpəl Yolu" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə, "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs 1500 manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən Günel Məmmədova İş № 3(008)-40/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 07 yanvar 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X5, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X9 iştirakı ilə, X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 15:50-də açıldı. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiklərini bildirirlər. Hakim məhkəmə iclasını açır və X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak edirlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Məmmədova Günel İqbal qızı Katib: Osmanlı Nurlan Azər oğlu Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim prosess iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib etmiş şəxs X8 -Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hakim icra məmuruna hüquq və vəzifələrini izah edir Hakim s/c: Hüquq və vəzifələrim mənə aydındır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X12-xx.xx.1976-cı il iyun Zəngibasarda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxsnov qəsəbəsi, Sülh küçəsi, ev 8, İnzibati binada qeydiyyatdadır. Hakim Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsinə əsasən inzibati iş üzrə inzibati xəta törədən şəxsə hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs:-hüquq və vəzifələrim mənə aydındır. X4 07 saylı vəkil bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçiribkeçirməmək istəyini soruşur. X12: -Özüm öz hüquqlarımı müdafiə edəcəm. Vəkilin xidmətindən imtina edirəm. Bu mənim maddi imkanımla əlaqədar deyil. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati protokolu tərtib etmiş şəxsə söz verir. İnzibati protokolu tərtib etmiş şəxs: Hörmətli Hakim! X2 Rayon Məhkəməsinin e-2(008)- 556/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1080 (min səksən) manat pulun zərərçəkmiş X1 xeyrinə ödənilməsindən yayınır. X6 icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfimdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Borclu tərəfindən iki il keçməsinə baxmayaraq bu günə qədər heç bir ödəniş edilməmiş və məhkəmə qərarının icrasından üzrsüz olaraq boyun qaçırmışdır. Tərtib etdiyi protokolu müdafiə edirəm. Barəsində inzibati protokol tərtib edilmiş şəxs: -Hörmətli Hakim! İcra vərəqəsindən məlumatım var, maddi imkanım ağır olduğundan ödəniş edə bilmirdim. Ödəniş edə bilməyəcəyim ilə bağlı tərəfə məlumat vermişdim, hal-hazırda 2(iki) gündür ki, yeni işə başlamışam. İcra məmuruna da dəfələrlə zəng vuraraq, aylıq 100 manat ödəyə biləcəyimi bildirmişəm, lakin bununla bağlı hər hansısa razılıq ala bilməmişəm. Sədrlik edənin s/c: Barəsində inzibati protokol tərtib edilmiş şəxs: -Hörmətli Hakim! 2023-cü ildən sonra heç bir ödəniş etməmişəm. Sədrlik edənin s/c: Barəsində inzibati protokol tərtib edilmiş şəxs: Hörmətli Hakim! Bu barədə heç bir müraciətim olmayıb. Hakim inzibati xəta törədən şəxsin, icra məmurunun izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(008)-1923/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1923/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver