Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-193/2025 11.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Zeynallı Günay Alim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X2 iştirakları ilə, xx xxxxx 2002-ci ildə Rusiya Federasiyasının Nijniy- Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu YPX-nin əməkdaşlarının Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə yazdığı raporta görə xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobil yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. YPX əməkdaşlarının həmin avtomobilin sürücüsünə nəqliyyat vasitəsini saxlaması məqsədilə sayrışan işıq və səs siqnalı vasitəsilə işarə edilmiş, lakin o, YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkəti dayandırmayaraq aqresiv manevr hərəkətlərinə davam etmişdir. Onun bu şəkildəki manevr hərəkətləri ətrafdakı yol hərəkəti iştirakçıları üçün təhlükə yaratdığından YPX əməkdaşları nəqliyyat vasitəsini təqib etməyi dayandırmışdır. Bunun əsasında 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakıxanov qəsəbəsi sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Şəxs yaxınlaşılaraq baş vermiş hadisə ilə əlaqədar olaraq ona hüquq və vəzifələri izah olunmuş və PŞ-nə dəvət edilmişdir, lakin o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq PŞ-nə getməkdən yayınmağa çalışmışdır. Həmin şəxsin xx.xx.2002-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis mayoru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin sahə rəisi X5 məhkəmə iclasında raportun və protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaratmış və manevr edərkən YPX avtomobilini görmüş, lakin ona avtomobilinin hərəkətini dayandırması ilə bağlı YPX əməkdaşları tərəfindən heç bir tələbin olmadığını qeyd etmişdir. O bildirmişdir ki, bundan sonra, Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis əməkdaşları ona yaxınlaşdıqda isə onların qanuni tələblərinə tabe olmuşdur. Şəxs qeyd olunanlara əsaslanaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati icraat üzrə şahid qismində çıxış edən Sabunçu rayon DYPŞ-nin YPX polis əməkdaşı Namiq Ağamalıyevin məhkəmə iclasında verdiyi ifadəsinə görə, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobil yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. YPX əməkdaşlarının həmin avtomobilin sürücüsünə nəqliyyat vasitəsini saxlaması məqsədilə sayrışan işıq və səs siqnalı vasitəsilə işarə edilmiş, lakin o, YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkəti dayandırmayaraq aqresiv manevr hərəkətlərinə davam etmişdir. Onun bu şəkildəki manevr hərəkətləri ətrafdakı yol hərəkəti iştirakçıları üçün təhlükə yaratdığından YPX əməkdaşları nəqliyyat vasitəsini təqib etməyi dayandırmışdır. İnzibati icraat üzrə şahid qismində çıxış edən Sabunçu rayon DYPŞ-nin YPX polis əməkdaşı Kamal Kamallının məhkəmə iclasında verdiyi ifadəsinə görə, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobil yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. YPX əməkdaşlarının həmin avtomobilin sürücüsünə nəqliyyat vasitəsini saxlaması məqsədilə sayrışan işıq və səs siqnalı vasitəsilə işarə edilmiş, lakin o, YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkəti dayandırmayaraq aqresiv manevr hərəkətlərinə davam etmişdir. Onun bu şəkildəki manevr hərəkətləri ətrafdakı yol hərəkəti iştirakçıları üçün təhlükə yaratdığından YPX əməkdaşları nəqliyyat vasitəsini təqib etməyi dayandırmışdır. İnzibati icraat üzrə şahid qismində çıxış edən Sabunçu Rayon Polis İdarəsinin 13cü PŞ-nin polis leytenantı X3 məhkəmə iclasındakı ifadəsinə görə, xx.xx.2025-ci il tarixdə Sabunçu YPX-nin əməkdaşlarının Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə yazdığı raport əsasında 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakıxanov qəsəbəsi sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Şəxs yaxınlaşılaraq baş vermiş hadisə ilə əlaqədar olaraq ona hüquq və vəzifələri izah olunmuş və PŞ-nə dəvət edilmişdir, lakin o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq PŞ-nə getməkdən yayınmağa çalışmışdır. İnzibati icraat üzrə şahid qismində çıxış edən Sabunçu Rayon Polis İdarəsinin 13cü PŞ-nin polis kapitanı X1 məhkəmə iclasındakı ifadəsinə görə, xx.xx.2025-ci il tarixdə Sabunçu YPX-nin əməkdaşlarının Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə yazdığı raport əsasında 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakıxanov qəsəbəsi sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Şəxs yaxınlaşılaraq baş vermiş hadisə ilə əlaqədar olaraq ona hüquq və vəzifələri izah olunmuş və PŞ-nə dəvət edilmişdir, lakin o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq PŞ-nə getməkdən yayınmağa çalışmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş: 11 yanvar 2025-ci il tarixli, MN № ******* saylı protokola əsasən xx.xx.2025-ci tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində vətəndaş Şəxs Sabunçu YPX polis əməkdaşlarının yazdığı raport əsasında saxlanılmış və saxlanılarkən Sabunçu RPİ-nin 13cü PŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən riayət etməmişdir. xx.xx.2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobil yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. YPX əməkdaşlarının həmin avtomobilin sürücüsünə nəqliyyat vasitəsini saxlaması məqsədilə sayrışan işıq və səs siqnalı vasitəsilə işarə edilmiş, lakin o, YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkəti dayandırmayaraq aqresiv manevr hərəkətlərinə davam etmişdir. Onun bu şəkildəki manevr hərəkətləri ətrafdakı yol hərəkəti iştirakçıları üçün təhlükə yaratdığından YPX əməkdaşları nəqliyyat vasitəsini təqib etməyi dayandırmışdır. xx.xx.2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu YPX-nin əməkdaşlarının Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə yazdığı raport əsasında Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakıxanov qəsəbəsi sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Şəxs yaxınlaşılaraq baş vermiş hadisə ilə əlaqədar olaraq ona hüquq və vəzifələri izah olunmuş və PŞ-nə dəvət edilmişdir, lakin o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq PŞ-nə getməkdən yayınmağa çalışmışdır. Şəxs izahatından görünür ki, o, Bakıxanov qəsəbəsi Sülh küçəsində “KİA CERATO” markalı “**-SV-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks tərəfinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaratdığını, manevr edərkən YPX avtomobilini gördüyünü, lakin avtomobilinin hərəkətini dayandırması ilə bağlı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığını bildirmiş, daha sonra isə izahat verməkdən imtina etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokola izahatında Şəxs gələcəkdə bu cür nöqsanlara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyək, göstərmişdri ki, bəli qayda pozuntusu edərək, idarə etdiyi avtomaşınla xətti tapdalayaraq qarşı yola çıxaraq qəza şəraiti yaratmış, bu zaman pozuntu etdiyini YPX-nin əməkdaşları görmüşlər. Lakin həmin YPX əməkdaşlarının ona saxlamaq əmrini görməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə, inzibati xəta haqqında verilmiş izahata və protokolla bağlı izahatlarını işdə olan digər sübutlarla müqayisəli təhlil edərək hesab edir ki, hazırki məhkəmə iclasında verilmiş izahat müdafiə xarakterlidir. Belə ki, məhkəmə hesab edir ki, Şəxs hər iki izahatında qayda pozuntusu edərək, əks istiqamətdə çıxıb qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaratdığını və bu pozuntunun YPX əməkdaşları tərəfindən gördüyünü etiraf etmişdir. Məhkəmə iclasında həmin YPX əməkdaşları da bu halı təsdiq edərək, qayda pozuntusu törədilməsini bildirərək, Şəxs saxla əmri verilməsini izahatlarında təsdiq etmiş, lakin Şəxs əmrə qəsdən tabe olmayaraq hadisə yerindən uzaqlaşmışdır. Göründüyü kimi Şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nə verdiyi izahat və Protokola əlavə edilmiş izahatla şahidlərin izahatları eynilik təşkil edir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, raport və iş materiallarındakı digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə, Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq və kifayət hesab edir. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-193/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-193/2025
11.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver