Məhkəmə qərarları › İş №3(008)-1930/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1930/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1930/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 04 mart 2024-cü il tarixli 00100-00552/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Bakı səhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 3340,60 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Gürcüstanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 3340,60 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12,2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. İs materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Gürcüstanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində ümumilikdə 1 (bir) gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 3340,60 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 3340,60 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən Gürüstanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 3340,60 AB$ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Barəsində protokol tərtib edilən şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC tərəfindən istehsal olunan mallar Gürcüstana göndərilmiş, onlardan asılı olmayan səbəbdən şirkət malın pulunu gec göndərmiş, hazırda isə həmin pul vəsaiti onlara göndərilmişdir, bu barədə hesabdan çıxarışı məhkəməyə təqdim edərək göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 04 mart 2024-cü il tarixli 00100-00552/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Bakı səhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 3340,60 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından Gürcüstanda fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 3340,60 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “RİCH GROUP" LLC şirkətinə **********9871 sorğu nömrəli mallar ixrac edilmişdir. Konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, ixrac edilmiş malların müqabilində idxalçı Şəxs MMC-ə ödənilməli olan vəsaitin ümumi məbləği 3340,60 ABŞ dolları təşkil edir. “Paşa bank”ın hesab üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə “Rich Group" LLC-dən 5634 manat pul Şəxs MMC-nin hesabına köçürülmüşdür. 11 nömrəli 01 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “Rich Group" LLC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 ( yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 04 mart 2024-cü il tarixli 00100-00552/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilən **********9871 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3340,60 ABŞ dolları məbləğində gigyenik vasitə-göz üçün damcı Gürcüstan Respublikasında fəaliyyət göstərən “RİCH GROUP LLC” şirkətinə göndərilmişdir. Barəsində protokol tərtib edilən şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC tərəfindən istehsal olunan mallar Gürcüstana göndərilmiş, onlardan asılı olmayan səbəbdən şirkət malın pulunu gec göndərmiş, hazırda isə həmin pul vəsaiti onlara göndərilmişdir, bu barədə hesabdan çıxarışı məhkəməyə təqdim edərək igöstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Paşa bank”ın hesab üzrə çıxarışından görünür ki, hazırda “Rich Group" LLC-dən 5634 manat pul Şəxs MMC-nin hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Odur ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar