Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1940/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gülzar Hüseynovanın, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səfərəlibəyov küçəsi, Sovxoz 2, ev 2, mənzil 1-də yaşayan-Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tərtib olunmuş protokoldan görünür ki, Şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-266/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinin icra olunmasından qərəzli olaraq yayınır. Bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülzar Hüseynova tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-266/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 21550,90 (iyirmi bir min beş yüz əlli, doxsan) ABŞ dolları əsas borc, 355, 59 (üç yüz əlli beş, əlli doqquz) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsümu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gülzar Hüseynova göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-266/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 23905,59 (iyirmi üç min doqquz yüz beş, əlli doqquz) ABŞ dolları borcu tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödəməkdən yayınır. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, lizinq şirkətindən götürdüyü avtomobili qaytarmışdır. Borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Özü İİ-ci qrup əlildir. Hər ay pensiyasından tələbkarın hesabına pul tutulur. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-266/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 21550,90 (iyirmi bir min beş yüz əlli, doxsan) ABŞ dolları əsas borc, 355, 59 (üç yüz əlli beş, əlli doqquz) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsümu tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və onun müdafiəçisini dinləyib hesab edir ki, Şəxsnın Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon ƏSMN Dövlət X2 Sabunçu rayon Şöbəsi tərəfindən verilmiş **********4 saylı arayışdan görünür ki, Şəxs İİ-ci qrup əlildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1940/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1940/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver