Məhkəmə qərarları › İş №3(008)-1941/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1941/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1941/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törətməsi barədə müvafiq olaraq MN ******* saylı, 18 aprel 2023-cü il tarixli tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Heydər Əliyev prospeki olmuşdur. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli raportdan görünür ki, həmin raport Nizami RPİ-nin və YPX-nin əməkdaşları tərəfindən tərəfindən imzalanmışdır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iş materiallarında olan izahatından görünür ki, o, Koroğlu metrosu yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Göründüyü kimi, inzibati xətanın baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu olmamış və müvafiq sənədlər aidiyyəti üzrə düzgün təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 18 aprel 2023-cü il tarixli tarixli protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar