Məhkəmə qərarları › İş №3(008)-1941/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1941/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1941/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 587K nömrəli əmri ləğv edilməli, X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəxs MMC-də “müdir müavini” vəzifəsinə bərpa edilməli, 23 dekabr 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X2 ödənilməlidir. Şəxs MMC icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, sözügedən icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra həmin tarixdə Şəxs MMC-yə icra sənədini 10 gün müddətində könüllü icra etmək, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunması barədə xəbərdarlıq göndərilmişdir. Qeyd olunmuş icra sənədi üzrə borclu öhdəliyin icrasından yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də Şəxs MMC barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X4 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 587K nömrəli əmri ləğv edilməsi, X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəxs MMC-də “müdir müavini” vəzifəsinə bərpa edilməsi, 23 dekabr 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ona ödənilməsi qət edilmişdir. Tələb icraya yönəldilmiş, icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Odur ki, Şəxs MMC-dən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra olunması üçün xx.xx.2024-cü il tarixli 66K nömrəli əmr qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli 587K nömrəli əmr ləğv edilmiş və X4 əvvəlki vəzifəsinə bərpa edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin icrası məcburi olan qərarının icra olunması məqsədilə Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0006X0 nömrəli bildirişin etibarsız hesab edilməsi haqqında məktub X8 Xidmətinə göndərilmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 587K nömrəli əmri ləğv edilməsi, X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəxs MMC-də “müdir müavini” vəzifəsinə bərpa edilməsi, 23 dekabr 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5102/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən icra sənədini 10 gün müddətində könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin Şəxs MMC-dən tutulacağı bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Şəxs MMC-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icra olunması barədə akt tərtib olunmuş, Şəxs MMC-nin nümayəndəsi X5 aktı imza etməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli 66K nömrəli əmrdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli 587K nömrəli əmr ləğv edilmiş və X4 əvvəlki vəzifəsinə bərpa edilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icrası məcburi olan qərarının icra olunması məqsədilə Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0006X0 nömrəli bildirişin etibarsız hesab edilməsi haqqında məktub X8 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin nümayəndəsinin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə müəyyən edilir ki, Şəxs MMC məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmış, bununla bağlı xx.xx.2024-cü il tarixli 66K nömrəli əmr verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli 587K nömrəli əmr ləğv edilmiş və X4 əvvəlki vəzifəsinə bərpa edilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı Apellyasiya Məhkəməsinin icrası məcburi olan qərarının icra olunması məqsədilə Gülməmmədova (Məlikova) Samirə Asif qızının əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0006X0 nömrəli bildirişin etibarsız hesab edilməsi haqqında məktub MMC tərəfindən X8 Xidmətinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs MMC tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar