Məhkəmə qərarları › İş №3(008)-1942/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1942/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1942/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Baş X8i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi taqımı yol patrul xidməti inspektoru polis baş serjantı X3 iştirakları ilə 21 avqust 1992-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonu, Quşence Ərazi dairəsi, Quşencə kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri X8 İdarəsi YPX Alayının Xüsusi taqımı yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 aprel 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, X4 18 aprel 2023-cü il tarixdə saat 11:13 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə pozan, cəmiyyətə açıqca hömətsizlik ifadə edən, onların sərbəst hərəkətinə mane olmaqla təhlükəli vəziyyət və həyati təhlükə yaradan, habelə yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verdiyi üçün görülmüş tədbirlər nəticəsində dayandırılmış, zahiri görkəmində və hərəkətlərində sərxoşluq əlamətləri müşahidə olunduğundan tibbi müayinədən keçirilmiş, nəticədə onun avtomobili narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində iadrə etməsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu ərazisində hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü X4 avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 11:13 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılmışdır. Həmin vaxt narkotik vasitə qəbul etmiş, eyni zamanda avtoxuliqanlıq etmişdir. Hazırda əməlindən peşmandır, yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Baş X8i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi taqımı yol patrul xidməti inspektoru polis baş serjantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 511.1.2-ci maddələrinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/1974 nömrəli 18 aprel 2023-cü il tarixli aktdan görünür ki, X1 nümunəsində MOP (+), MET (+) aşkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərzisində nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, eyni zamanda idarə etdiyi mexaniki nəqliyyat vasitəsinin təkərinin yolun səthindən qaldırmaqla idarə etmişdir. Bununla da, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar