Məhkəmə qərarları › İş №3(008)-1945/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1945/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1945/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “X17 və Dış Ticarət Limited Şirkəti"nin Azərbaycandakı Filialının rəhbəri X6 barəsində xx.xx.2024-cii il tarixli, MN1612564 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Qərar əsasən inzibati xəta haqqında protokol və digər materiallara baxılaraq vətəndaş X7 xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə müvafiq daxili əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin AR ƏM-nin 172.4-ci maddəsinin tələbi üzrə son haqq-hesab ödənilməmişdir. X2 barəsində İXM- nin 192,4-cü maddəsi üzrə 1000 (min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar rəsmi qaydada xx.xx.2024-cü il tarixdə əldə edilmişdir. Səlahiyyətli orqan bu qərarı tətbiq edərkən ətraflı araşdırma aparmamışdır. Belə ki, vətəndaş X10 xx.xx.2023-cü il tarixdə “X17 və Dış Ticarət Limited Şirkəti”ndə anbardar vəzifəsində işə başlamışdır. O, əmək fəaliyyəti nəticəsində rəhbərliyin məlumatı olmadan çalışdığı anbardan kənar şəxsə ödənişsiz mal verməklə və davamlı olaraq uzun müddət işə gəlməməklə şirkətə ziyan vurmuş və bunun nəticəsində ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə əmək müqaviləsinə xitam verilmişdir. AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi müvafiq maddə ilə xitam edilir. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması İşçinin bu təqsirli hərəkətləri nəticəsində işəgötürən ona dəymiş ziyanla bağlı qanunvericiliyin tələbi iizrə işçiyə veriləcək son haqq-hesabdan tutulma aparmış və bunun nəticəsində ona son haqq hesab ödənilməmişdir. Ancaq səlahiyyətli orqan bu halları araşdırmadan yalnız əməkdaşın bank hesablarına baxış keçirtməklə protokol tərtib etmişdir. Həmin Məcəllənin 175-ci maddəsinin c bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Yuxarıda qeyd olunan hallar ƏM-nin 192.4-cu maddəsinin dispozisiya şərtlərini ödəmədiyi üçün xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. AR İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək va məzuniyyət haqlarının hesablanmasında va ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət va ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 izahatında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını bildirərək şikayətin təmin olumamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını bildirmişdir. Belə ki, o, işdən çıxarılarkən ona ödənilməli olan məbləğlər verilməmiş, bunun səbəbi kimi onun şirkətdən oğurluq etməsi əsas gətirilmişdir, lakin hər hansı oğurluq faktı müəyyən edilməmişdir. Hazırda ona ödənilməmiş əmək haqqı və son haqq hesabla bağlı məhkəmədə iddia qaldıracaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şahidin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesab AR ƏM-nin 172.4-cü maddəsinin tələbi pozularaq ödənilməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmrdən görünür ki, “Mağaza” bölməsində “Anbardar” vəzifəsində işləyən X10 ilə bağlanılmış 5L6D8G6000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşçinin iş yerindən oğurluq etdiyi barədə 09 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, “X17 VƏ DİŞ TİCARƏT LİMİTED ŞİRKƏTİ”-nin Azərbaycan Respublikasındakı filialından xx.xx.2023-cü il tarixində X11 tərəfindən oğurluq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175.2-ci maddəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarına əsasən X4 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 1000 (min) manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsində şikayətçi göstərmişdir ki, işçi əmək fəaliyyəti nəticəsində rəhbərliyin məlumatı olmadan çalışdığı anbardan kənar şəxsə ödənişsiz mal verməklə və davamlı olaraq uzun müddət işə gəlməməklə şirkətə ziyan vurmuş və bunun nəticəsində ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə əmək müqaviləsinə xitam verilmişdir. ƏM-nin 70ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi müvafiq maddə ilə xitam edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması. işçinin bu təqsirli hərəkətləri nəticəsində işəgötürən ona dəymiş ziyanla bağlı qanunvericiliyin tələbi üzrə işçiyə veriləcək son haqq-hesabdan tutulma aparmış və bunun nəticəsində ona son haqq hesab ödənilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Göründüyü kimi, X10 ilə bağlanılmış 5L6D8G6000500 nömrəli əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozularaq ona son haqq-hesab ödənilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Regional Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar