Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1949/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi X3 və X1, protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, Şəxsn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 11 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında keçirilən monitorinq zamanı Şəxsn həyətində tibbi tullantıların hermetik konteynerlərdə toplanmaması, çeşidlənməməsi və açıq sahədə qalaqlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Gülüm Kərimova bildirdi ki, iş materiallarına əlavə olunan fotoşəkil X8 PHŞ-nin həyəti deyil, tibb mərkəzinin həyətində heç bir tullantı olmamışdır. Eyni zamanda bildirmişdir ki, həmin vaxtlar heç bir tibb müəssisəsinin təhlükəli tullantıların daşınması ilə bağlı müqaviləsi olmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxsndə monitorinq keçirilmiş, bu barədə monitorinq aktı tərtib olunmuş, PHŞnin nümayəndələri iştirak etməkdən imtina etmişlər. monitorinq zamanı Şəxsn həyətində tibbi tullantıların hermetik konteynerlərdə toplanmaması, çeşidlənməməsi və açıq sahədə qalaqlanması müəyyən edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 007 nömrəli aktdan görünür ki, “İstehsal və məişət tullantıları” haqqında Azərbaycan Respublikası Qanunun və “Tibbi tullantıların idarə olunmasına dair tələblərinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 dekabr tarixli 213 nömrəli qərarın tələblərinə riayət olunması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən Şəxs (Sabunçu Rayon Xəstəxanası) monitorinq keçirilmişdir. Monitorinq zamanı tibbi tullantıların hermetikləşdirilmiş tullantı konteynerlərində toplanmadığı, düzgün çeşidlənmədiyi, xəstəxananın həyətində açıq sahədə qalaqlandığı müəyyənləşdirilmişdir. Ərazidən çəkilmiş fotoşəkillər monitorinq aktına əlavə olunmuşdur. İnternet Vergi İdarəsi sistemindən çıxarışdan görünür ki, Şəxs (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsində uçotdadır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İnzibati xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə də aparılmış araşdırma zamanı Şəxs tərəfindən İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********, AZ1034, ünvan 4 ünvanında fəaliyyət göstərən) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1949/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1949/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver