Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1968/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi, 20 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, "xxxx" MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən X8 və digər 7 nəfərin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10823/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Bu fakt ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya siseminin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumatlar ilə təsdiq edilmişdir. Bununla da "xxxx" MMC-nin barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X15 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli işçilərin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasına dair icrası məcburi olan göstərişini icra etməmişdir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən AR İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hal-hazırda həmin işçilərin icbari sığortalanması şirkət tərəfindən həyata keçirilsə də, hesab edir ki, inzibati xəta hadisəsi baş verən zaman pozuntu baş verdiyindən "xxxx" MMC AR İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X16 izahatında bildirmişdir ki, şirkətə DƏMX-nin göstərişi daxil olmamışdır. Belə ki, icrası məcburi olan göstəriş inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən ünvan 1 ünvanına göndərilsə də, şirkət qeyd edilən ünvanda fəaliyyət göstərmədiyindən onu almamışdır. Şirkətin rəhbərinə ünvanlanmış rəsmi bildirişi isə xx.xx.2025-ci il tarixdə almışlar. Bundan sonra işçilərin icbari sığortasını həyata keçirmişlər. 8 nəfər işçidən biri ilə əmək müqaviləsinə xitam verilmişdir. Şirkət hər hansı hüquq pozuntusunun törədilməsinə yol verməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan şirkətin hansı vəzifəli şəxsi tərəfindən göstərişin qəbul olunduğunu təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Şirkət belə bir göstərişdən məlumatlı olmamışdır. Məlumatı olan kimi göstərişin icrası təmin olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən X8 və digər 7 nəfərin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10823/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Bununla da "xxxx" MMC-nin barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 10 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında 06 fevral 2025-ci il tarixli, 3-17-5/2-10823/2025 nömrəli göstərişi icra olunması və nəticəsi barədə AR ƏƏSMN DƏMX-nə məlumat verilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. SS917622383AZ kod nömrəli poçt göndərişinin izlənilməsi barədə sənədin surətindən görünür ki, "xxxx" MMC-yə ünvanlanmış poçt göndərişi xx.xx.2025-ci il tarixdə yanlış/oxunmayan/natamam ünvan qeydi ilə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə yenidən ünvan üzrə göndərildiyi və çatdırıldığı qeyd edilmişdir. "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbaari sığprta müqaviləsinə” illik qoşmasına № AH **********/7 əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC tərəfindən işçilərin-X3, X4, X1, X2, X9, X5, X10 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, X12 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci madddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur Hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi göstərişlərin qəbul edilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, AR İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən isə icrası məcburi göstərişinin hüquqi şəxsin hansı vəzifəli şəxsi tərəfindən qəbul edilməsi və bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi isə məhkəməyə vəzifəli şəxsə ünvanlanmış məktubu aldıqlarını və bundan sonra DƏMX-nin göstərişindən məlumatlı olduqlarını və işçilərin icbari sığortalanmasını təmin etdiklərini bildirmiş və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə işçilərin X3, X4, X1, X2, X9, X5, X10 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmuşdur. Yəni, hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişləri icra olunmuşdur. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, hüquq pozmanın aradan qaldırılması üçün şəxsə istinad edilən inzibati xətaya görə inzibati cərimənin şərti olaraq tətbiq olunması nəzərdə tutulduğundan və hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq pozuntu aradan qaldırıldığından inzibati tənbehin tətbiq olunmasına olan ehtiyac da aradan qalxmış olur. Qeyd edilən maddə ilə inzibati məsuliyyətin müəyyən olunmasında məqsəd müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinin icrasının təmin olunmasından ibarətdir. "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin icrası məcburi olan göstərişi təmin olunaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1968/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1968/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver