Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-197/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Qəraradan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, Məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 bildirmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan şikayət verəcəyini bildirərək hazırki şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəməyə ərizəsini təqdim edir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə inzibati xəta materialı araşdırıb, hesab edir ki, X1 şikayətin geri qaytarılmasına dair xahişi nəzərə alınmalı, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 barəsində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-197/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-197/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver