Məhkəmə qərarları › İş №3(008)-198/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-198/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-198/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əhmədova Göyçək Vahid qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonunda adan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan -Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, qərara aldı: M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1846/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə 775 manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2586/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli icra sənədi üzrə 356,98 manat məbləğində borcunu ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə etdi və izahatında göstərdi ki, Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1846/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə 775 manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2586/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli icra sənədi üzrə 356,98 manat məbləğində borcunu ödəmək barədə icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Borclu Şəxs dəfələrlə həmin borcunu tam ödəmək barədə xəbərdarlıq elan olunmasına baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Qeyd olunanları nəzərə alıb və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə uyğun olaraq, hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, borclu Şəxs icra vərəqəsini icra etməkdən qəsdən boyun qaçırdığı üçün onun ciddi inzibati məsuliyyətə cəlb olunmasını və protokolun təmin olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1846/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə 775 manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2586/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli icra sənədi üzrə 356,98 manat məbləğində borcunu ödəmək barədə icra məmurunun qanuni tələblərini imkanı olmadığına görə yerinə yetirməmişdir. İcra məmuru tərəfindən ona şifahi və yazılı şəkildə borcunun ödənilməsi barədə müraciət olunmuşdur. Xahiş etdi qərar qəbul olunarkən bunlar nəzərə alınsın. Barəsində inzibati xəta haqqında protokol edilən şəxs Şəxs əməli izahatlar, tərtib olunmuş inzibati protokol, icra vərəqəsi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2586/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs Şöhbət oğlundan 277,99 manat əsas, 56,82 manat faiz, 2,17 manat cərimə, cəmi 336,98 manat borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarındakı İmişli Rayon Məhkəməsinin 2(036)-1846/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs Şöhbət oğlundan 745.00(yeddi yüz qırx beş) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs barəsində işin hallarını qiymətləndirərək hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1846/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə 775 manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2586/2020 nömrəli, 20 iyul 2020-ci il tarxili icra sənədi üzrə 356,98 manat məbləğində borcunun ödənilməsi üçün heç bir hərəkət etmədiyi və həmin borcunun ödənilməsi barədə real təşəbbüs göstərmədiyi, bununla da borcu ödəməkdən qərəzli boyun qaçırdığı üçün onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır, о, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə görə məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Konvensiyanın bu müddəasına görə həbs edilmənin ilkin şərti məcburi hüquqi qüvvəyə malik məhkəmə qərarına tabe olmamaqdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117, 528.1-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 yanvar 2023-cü il tarixdən, saat 12:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar