Məhkəmə qərarları › İş №3(008)-1991/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1991/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1991/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 13 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il saat 13:00-da Şəxs MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında yerləşən təsərrüfat subyekti üzrə lisenziya olmadan sürətli poçt xidməti həyata keçirərək 200 manat gəlir əldə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, səlahiyyətli orqanın nümayəndəsi gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Şəxs MMC-nin direktoru X4 telefon vasitəsi ilə əlaqə saxlayaraq hazırda Naxçıvan Muxtar Respublikasında olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs MMC tərəfindən xüsusi lisenziya olmadan məşğul olduqları sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri 200 manat məbləğində gəliri dövlət büdcəsinə ödədiyini bildirmiş və bununla bağlı ödəniş tapşırığını məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il saat 13:00-da Şəxs MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında yerləşən təsərrüfat subyekti üzrə lisenziya olmadan sürətli poçt xidməti həyata keçirərək 200 manat gəlir əldə etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********6520 saylı Qərardan görünür ki, Bakı şəhəri, Sabunçu Rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında yerləşən Şəxs MMC-də 1-ci dərəcəli müfəttiş X2 və X3 tərəfindən operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 28 fevral 2024cü il tarixli KY242087055 seriyalı çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu Rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında yerləşən Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir; lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında 13 mart 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu Rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olması faktı aşkar edilmişdir; "xxxx" ASC-nin OD6 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xüsusi lisenziya olmadan məşğul olduqları sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri 200 manat məbləğində gəlir dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 145.1.4-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu Rayonu, Ramana 2-ci sahə, Şuşa küçəsi 1 ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olması, həmçinin, belə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 200 manat gəlir əldə edilməsi faktı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi nəticəsində əldə edilmiş 200 (iki yüz) manat məbləğində gəlir tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi nəticəsində əldə edilmiş 200 (iki yüz) manat məbləğində gəlirin tam şəkildə dövlət büdcəsinə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 398-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar