Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin polis kapitanı X3, X1 və onun vəkili Vəkil iştirakı ilə, X1 Bakı şəhər Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 15 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin polis kapitanı X5 onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 -ci maddəsi ilə tərtib etdiyi İXP5964279 nömrəli protokol üçün qərarın xx.xx.2024-cü il tarixdə qüvvəyə minəcəyi barədə xx.xx.2024-cü il tarixdə elektron kabinetimdə məlumat yerləşdirildikdən sonra həmin qərardan 26 yanvar 2024-cii il tarixində Azərbaycan Respublikası Baş X12 İdarəsinə elektron qaydada şikayət vermişdir. Həmin şikayətimlə əlaqədar Bakı şəhər DYPİ-nə çağırılmışam və 1 1.02.2024-cü il tarixdə idarənin əməkdaşı Zaur Abbasov ondan izahat aldı və bildirdi ki, şikayətini toplanmış materiallarla birlikdə qərar qəbul edilməsi üçün rəisə Baş X12 İdarəsinə göndərəcək. Barəsində İXP5964279 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024 -cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyim şikayətə baxılması nəticəsinə dair müvafiq qərar hər hansı bir qaydada ona verilmirdi. Əksinə İXP5964279 nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixindən etibarən inzibati cərimə protokoluna dəbbə hesablanması barəsində telefonuma məlumat daxil oldu. Yol-nəqliyyat hadisəsində təqsirkardır deyə yox, dəbbə hesablanmaması, sonra yolda saxlama və sair xoşagəlməz hallarla qarşılaşmamaq üçün 40 manat cəriməni ödəməyə məcburdur. Bakı şəhər DYPt-nin polis kapitanı X5 onun barəsində İXP5964279 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş X12 İdarəsinə elektron verdiyim şikayətə baxılması nəticəsinə dair müvafiq qərarın surətinin ona verilməsini tələb etmişdir. Qərardan verdiyi şikayətlə bağlı Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin Ə-13822 saylı. xx.xx.2024-cü ıl tarixli cavab məktubu onun emailimə xx.xx.2024-cü il tarixdə göndərildi. Bu məktubla ona bildirilir:-“BDYPİ-nin rəhbərliyinə ünvanladığınız xx.xx.2024-cü il tarixli elektron müraciətiniz əsasında Bakı şəhər BPİ DYPİ- nin YNH üzrə şöbəsində araşdırma aparılmış...Araşdırma zamanı DYP əməkdaşı tərəfindən qanunazidd və kobud hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin Ə- 13822 saylı. xx.xx.2024- cü il tarixli cavab məktubundan bilmişdir ki, onun barəsində İXP5964279 nömrəli protokol üzrə xx.xx.2024 -cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmiş, lakin həmin qərar hazırkı vaxta qədər hər hansı bir qaydada ona verilməmişdir. O DYP əməkdaşının qanunazidd və kobud hərəkətlərə yol verilməsi hallarından yox, DYPİnin polis kapitanı X3 onun barəsində İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024 -cü il tarixli qərardan Baş X12 İdarəsinə şikayət vermişdir . Ancaq, həmin qərarın TP ******* nömrəli qərar olduğunu bilmirdim. Odur ki, qərar ona verilməsə də Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 0-13822 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda əks edilmiş qərara istinad edərək bundan belə də hüquqlarının pozulmaması üçün onun barəsində İXP5964279 nömrəli protokol əsasında qəbul edilmiş TP ******* nömrəli xx.xx.2024 -cü il tarixli qərardan şikayət verməyə məcburdur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2- 125.2.3-cü, 126.2-ci, 126.3-cü maddələrinin tələbləri qaydasında da inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilməliydi. Yuxarıda qeyd edilən qanun normalarında, qanunvericiliyin tələblərində inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılması nəticəsi üzrə məktubla cavab verilməsi nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə qərardan Baş X12 İdarəsinə verdiyi şikayətə baxılması nəticəsi üzrə Bakı şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsindən məktubla cavab verilməsi qanunsuz hesab edilməli, Bakı şəhər DYPİ-nin polis kapitanı X3 onun barəsində İXP5964279 nömrəli protokol üzrə xx.xx.2024 cü il tarixli qərardan Baş X12 İdarəsinə verdiyim şikayətə Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşı Zaur Abbasov tərəfindən baxılması nəticəsinə dair müvafiq qərar qəbul edilmişdirsə həmin qərarın surətinin ona verilməsi təmin edilməlidir. Qərardan şikayət vermək konstitusion hüququdur. İXP5964279 nömrəli protokol üzrə xx.xx.2024 -cü il tarixli qərardan verdiyi şikayətə polis əməkdaşı Zaur Abbasov tərofındən baxılması nəticəsinə dair onun ziyanına müvafiq qərar qəbul edilmişdirsə həmin qərar ləgv edilməli və ya barəsində xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətə qanunla müəyyən edilmiş qaydada baxılmamışdırsa həmin şikayətinə baxılaraq İXP ******* nömrəli xx.xx.2024 -cü il tarixli qərarın ləgv edilməsi, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi təmin edilməlidir. Yox, əgər Baş DYPİ-nə barəsində şikayət verdiyi qərar TP ******* nömrəli xx.xx.2024 cü il tarixli qərar hesab edilmirsə həmin qərar qanunla nəzərdə tutulmuş qaydada ona verildikdən sonra ondan şikayət vermə hüququ var və ya vaxt uzadılmaması üçün BPİ DYPİ-nin YNH üzrə şöbəsindən daxil olmuş cavab məktubunda öz əksini tapan TP ******* nömrəli xx.xx.2024 -cü il tarixli qərardan hazırda şikayət verir. Baş vermiş yolnəqliyyat hadisəsində onun təqsiri olmamışdır. Belə ki.xx.xx.2024-cü il tarixdə saat 08:05də Bakı şəhəri Sabunçu rayonu H.Əliyev prospektində ŞKODA KODİAQ MİNİK markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən arxadan sürətlə gələn avtomobil idarə etdiyi avtomobilin arxa tərəfindən vurdu və bu səbəbdən də o, idarəetməni itirdikdə avtomobili yolun soluna manevr edərək dəmir çəpərə çırpılanıq əzilib, dayandı. Həmin hadisənin baş vermə mexanizmini özündə əks etdirən avtomobilimə quraşdırdığım videoqeydiyyat çihazındakı görüntünün mövcudluğunu polis əməkdaşı Zaur Abbasova da bildirmiş. Hesab edir ki, yalnız hərəkət istiqaməti tərəfdə olduqca aralı məsafədə quraşdırılmış videomüşahidə vasitəsinin qeydə aldığı videoyazıya istinad edilməklə Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə barəsində İXM-nin 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş, 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə TP ******* nömrəli qərar qəbul olunmuşdur. Həmin videoyazıdakı görüntü hadisə yerini tam əks etdirmir, idarə etdiyi avtomobilin arxa tərəf görüntülərini özündə əks etdirmir. Avtomobilərin toqquşduğu yerdə hərəkət istiqamətindən arxa tərəfdə, o cümlədən də sag və sol tərəfdə yerləşən videomüşahidə vasitələrindəki görüntülər, nədənsə iş materiallarına əlavə edilməmişdir. Hadisənin baş vermə mexanizmini özündə əks etdirən telefonumda olan video-görüntüyə də istinad edilməyərək hadisənin təqsirkarı kimi saxlanılmışam. O və ya hadisənin iştirakçıları olan digər sürüçülər baş vermiş hadisəni düzgün xatırlamayaraq, qavramayaraq və ya hansısa səbəbdən hadisə barədə yanlış məlumatlar verə bilərik. Ancaq, sözügedən yol-nəqliyyat hadisəsinin mexanizmini özündə olduğu kimi əks etdirən telefonuna köçürdüyü videogörüntünü, həmçinin hadisə yerində hərəkət istiqamətindən arxa, sag və sol tərəfdəki videomüşalıidə vasitəsinin qeydə aldığı görüntülərin dəyişilməsi, hadisənin baş verməsinə səbəb olan vəziyyəti, hadisənin baş vermə mexanizmini kiminsə xeyrinə dəyişmək mümkünsüzdür. Həmin görüntülərdə arxadan sürətlə gələn avtomobilin idarə etdiyi avtomobili arxa tərəfindən vuraraq yolun soluna çıxardığı aşkar görünür. Odur ki, avtomobilərin toqquşduğu yerdə hərəkət istiqamətindən arxa tərəfdə, o cümlədən də sag və sol tərəfdə yerləşən videomüşahidə vasitələrindəki görüntülər iş materiallarına əlavə edilməlidir, onlara və telefonumdakı hadisə görüntülərinə hüquqi qiymət verilməklə iş üzrə düzgün nəticəyə gəlinməlidir. Həm də nəzərə alınmalıdır ki, onun idarə etdiyi avtomobil qarşıda, sağda, solda və arxada idarə edilən avtomobil vurmamışdır. Yuxanda göstərdiyim mövcud şəraitdə tərəfimdən inzibati xəta hadisəsi törədilməmiş yol hərəkəti qaydaları pozulmamışdır - əməlində inzibati xəta tərkibi yoxdur - barəmdə inzibati xəta haqqında protokol əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Hazırkı iş üzrə İXP5964279 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024 cü il tarixli qərardan Azərbaycan Respublikası Bi.ş X12 İdarəsinə verdiyim şikayətə baxılması nəticəsi üzrə Bakı şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsindən məktubla cavab verilməsi və ya sözü gedən qərardan verdiyim şikayətə baxılması nəticəsinə dair müvafiq qərarın, o cümlədən də TP ******* nömrəli qərarın mənə verilməməsi qanunsuz hesab edilməsini, hadisə yerində avtomobilərin toqquşduğu yerdə hərəkət istiqamətindən arxa tərəfdə, o cümlədən də sag və sol tərəfdə hadisənin görüntülərinin elektron daşıyıcında surəti, avtomobilimi arxadan vuran avtomobilin sürət həddinin asılmasını əks etdirən video görüntülərin surətinin mənə verilməsini və yu həmin video görüntülərə baxış keçirilməsini, avtomobilimi arxa rərəfdən vuraıı avtomobilin (onun sürücüsünün) müəyyən edilməsini təmin edilməsini, Bakı şəhər DYPİ-nin polis kapitanı X3 onun barəsində İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi xx.xx.2024 -cü il tarixli qərardan Azərbaycan Respublikası Baş X12 İdarəsinə verdiyim şikayətə baxılması nəticəsinə dair müvafiq qərar qəbul edilmişdirsə həmin qərarın surətinin mənə verilməsini təmin edilməsini, Bakı şəhər DYPİnin polis kapitanı X3 onun barəsində İXP ******* nömrəli protokol üzrə 15.012024 -cü il tarixli qərardan Azərbaycan Respublikası Baş X12 İdarəsinə verdiyi şikayətə baxılması nəticəsinə dair onun ziyanına müvafiq qərar qəbul edilmişdirsə həmin qərarı ləgv edilməsini, Bakı şəhər DYPİ-nin polis kapitanı X3 onun barəsində İXP5964279 nömrəli protokol üzrə qəbul etdiyi xx.xx.2024 cü il tarixli qərardan Azərbaycan Respublikası Baş X12 İdarəsinə verdiyi şikayətə qanunla müəyyən edilmiş qaydada baxılmamışdırsa həmin şikayətimə aidiyyatı üzrə baxılaraq xx.xx.2024 -cü il tarixli qərarın ləgv edilməsini, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini təmin edilməsini, yox, əgər Baş DYPİ-nə barəsində şikayət verdiyi qərar TP ******* nömrəli xx.xx.2024 cü il tarixli qərar hesab edilmirsə TP ******* nömrəli xx.xx.2024 -cü il tarixli qərardan hazırda verdiyi şikayəti təmin edərək TP ******* nömrəli xx.xx.2024 cü il tarixli qərarın ləgv edilməsini, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini təmin edilməsini, bu mümkün olmadıqda isə Bakı şəhər DYPİ-nin polis kapitanı X3 onun barəsində İXP5964279 nömrəli protokol üzrə qəbul etdiyi TP ******* nömrəli xx.xx.2024 -cü il tarixli qərardan şikayət verməyim üçün həmin qərarın surətinin ona verilməsini təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin polis kapitanı X5 izahat verərək X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixində saat 08:05-də Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ünvanı ərazisində “SKODA KODİAQ” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 15 yanvar 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixində saat 08:05-də Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ünvanı ərazisində “SKODA KODİAQ” minik markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli 8/1065-4/546 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “2” adlı videoyazıya görə salonunda yazı qurğusu olan avtomobilin sürəti verilmiş məsafədə maksimum 56km/saat, avtomobilin trayektoriyasını kəskin dəyişməyə başladığı andan əvvəl isə 44 km/saat olmuşdur. Videoyazıya toqquşma anı aydın görünmədiyindən hadisənin iştirakçısı olan digər avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümükün olmadı. Təqdim olunmuş materiallara əsasən Skoda Kodiaq markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. R\yin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni viedoyazıların məhkəməyə ekspertizası yolu ilə Toyota Camry markalı avtomobilin toqquşma anı aydın görünmədiyindən və Toyota Camry markalı avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümkün olmadığından Toyota Camry markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2025-ci il tarixli 8/2845 nömrəli ekspert rəyindən görünür ki, Təqdim olunmuş məlumatlara əsasən Skoda Kodiaq markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Toyota Camry markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 26,9-43,5 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təqdim olunmuş məlumatlara əsasən Skoda Kodiaq markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Toyota Camry markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 26,9- 43,5 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Toyota Camry markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 26,9-43,5 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; X7 iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 08:05 radələrində idarə etdiyi yol vərəqəsi ilə idarə etdiyi “SKODA KODİAQ” minik markalı, **-AV-*** nömrəli avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev prospektindən körpünün üzərinə daxil olaraq şəhər şossesi istiqamətində yolun sağ zolağı ilə düzgün hərəkət edirdi. Qarşıda sıxlıq yarandığı üçün əyləci basmış, bu zaman avtomaşın idarəetmədən çıxaraq sol zolağa keçdi, bu zaman sol zolaqda düzünə hərəkətdə olan “Toyota” markalı **-PH-*** nömrəli avtomaşın ön sağ hissəsi ilə onun avtomobilinin onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Zərbənin gücündən avtomaşın yolun sol hissəsindəki dəmir arakəsməyə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmasa da, avtomaşınlara maddi ziyan dəymişdir; Şahid iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 08:05 radələrində idarə etdiyi etibarnamə əsasında Toyota Camry markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu rayonu, Heydər Əliyev prospektindən körpünün üzərində sol kənar zolaqda üzü şəhər şossesi istiqamətində hərəkət edirdi. Hava şəraitinə uyğun asfalt örtüyü sürüşkən olduğundan sol kənar zolaqda asta sürətlə hərəkət edirdi. Bu zaman sağ kənar zolaqda hərəkətdə olan “SKODA KODİAQ” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı maşının sürücüsü sağ kənar zolaqdan zolağını sola dəyişib keçərkən idarəetməni itirib onun hərəkət zolağını keçərkən onun avtomaşının qabaq sağ hissəsi ilə “SKODA KODİAQ” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol hissəsi ilə toqquşdu. Hadisə zamanı toqquşmadan sonra SKODA markalı avtomaşın idarəetməni itirib yolun solundakı dəmir qoruyucu səddə dəydi. Xəsarət alan olmadı. Lakin maşınına maddi ziyan dəymişdir. X6 təqdim etdiyi görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2025-ci il tarixli 8/2845 nömrəli ekspert rəyindən görünür ki, hadisə zamanı digər avtomobilin toqquşma yerindən hansı məsafədə olması müəyyən edilməmiş, bununla bağlı hadisə yerinə baxış protokolunda və çəkilmiş sxemdə hər hansı qeydiyyat aparılmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, kifayət qədər araşdırma aparılmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, X7 barəsində Bakı şəhər Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X7 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Bakı şəhər Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu rayon X12 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver