Məhkəmə qərarları › İş №3(008)-20/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-20/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-20/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərarından X4 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X8 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar (MN № 0020834) qəbul edilərək Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təqsirli bilinərək 1500 (min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Qərar əsassız olaraq qəbul edildiyi üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC-nin sabiq əməkdaşı X5 “satış mütəxəssisi” vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifə öhdəliklərini kobud şəkildə pozması eləcə də, şirkətə məxsus olan maddi ziyan aşkar edilmişdir. Aparılmış həm daxili audit və sonradan dəvət olunmuş müstəqil kənar audit şirkəti tərəfindən araşdırılma nəticəsində məlum olmuşdur ki, X5 tərəfindən işlədiyi dövr ərzində Cəmiyyətə ümumilikdə 34743.33 manat məbləğində ziyan vurulmuşdur. Barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, törətmiş olduğu cinayətlə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə iş başlanılması məqsədilə toplanmış sənədlər Sabunçu Rayon Prokurorluğuna təqdim edilmiş, cinayət işi açılmış və X5 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hal-hazırda istintaq davam edir. Bundan əlavə X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. İşdən çıxarılma ilə bağlı Əmr qanunvericiliyin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırılmış, məcburi məzmun və forma tələblərinə riayət edilmiş, əmrdə onun yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmuşdır. Hətta əsaslandırılmış Əmrə müstəqil auditorun rəyi də qoşma kimi əlavə olunmuşdur. Bundan əlavə X5 həm daxili təhviltəslim prosesindən, həm müstəqil auditorun rəyi ilə bağlı dəfələrlə və müxtəlif vasitələrlə rəsmi qaydada məlumatlandırılsa da, ünvan 1 ünvanında yerləşən iş yerinə ümumiyyətlə gəlməmiş, öz hərəkətsizliyi bütün bunlarda iştirak etməkdən yayınmış, izahat belə verməmişdir. Göründüyü kimi onun şirkəti bütün qanunvericiliyin tələblərinə riayət etmiş, lakin sabiq işçi öz öhdəliklərini pozmaqdan ziyadə özünü haqsız ikən haqlı göstərmək niyyətilə Əmək Müfəttişliyinə şikayət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbini pozulmaqla xitam verilməsinin nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamışdır. Həmçinin, bildirirk ki, hətta inzibati xəta həqiqətən törədilmiş olsaydı belə Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb müddəti keçdiyi üçün inzibati xəta işi üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətanın 2023-cü il 03 aprel tarixində törədiliyi, inzibati tənbeh vermə haqqında qərarın isə 23 oktyabr 2023-cü ildə çıxarıldığına görə inzibati xətanın törədildiyi vaxtdan 6 aydan da artıq müddət keçmişdir. Halbuki, bu müddət 4 aydan çox ola bilməzdi. Göstərilənlərə əsasən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin direktoru X4 vəkili Vəkil izahatında şikayətin məzmununa uyğun izahat verərək MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildərərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçi "xxxx" MMC-nin direktoru X4 vəkili Vəkil izahatını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 izahatını dinləyib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın tarixli qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı son “haqq-hesabın ödənilməsi və s” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 2211/2023, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X4 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 1500 (min səkkiz yüz) manat məbləğində cərimə olunmuş və cərimə şərti tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Akif Nağdəliyevə ünvanladığı məkutubun surətindən görünür ki, Akif Nağdəliyev barəsində görülən işlərlə əlaqədar audit keçilmiş, həmin audit rəyi ilə tanış olmaq üçün Akif Nağdəliyev xx.xx.2023-cü il tarixə şirkətə dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Akif Nağdəliyevə ünvanladığı məkutubun surətindən görünür ki, Akif Nağdəliyevlə bağlanılan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə ünvanlandığı məktubun surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. X3 xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü işdən azad olunması barədə yazılı məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023cü il tarixli qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar