Məhkəmə qərarları › İş №3(008)-2008/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2008/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2008/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 04 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında protokolun tərtib olunduğu şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına və bu kateqoriyadan olan işlərə dərhal baxılmalı olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilməmişdir. Halbuki, AR İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bundan savayı, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin soyadı, adı, atasının adı ilə iş materiallarına əlavə edilmiş sənədlərdə olan (Cinayət işinin başlanmasının rədd qərarındakı) soyad, ad və ata adı bir-birilə uzlaşmır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxs kimi Şəxs göstərilsə də, iş materiallarına əlavə olunan digər sənədlərdə həmin şəxsin Şəxs Şirməmməd qızı olması göstərilmişdir. Halbuki, AR İXM-nin 100.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyindən inzibati işə həmin şəxsin iştirakı olmadan baxılması isə qanunvericiliklə qadağan edildiyindən, o cümlədən, məhkəməyə təqdim edilmiş sənədlər düzgün tərtib edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 04 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar