Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2009/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs1, Şəxs2 və Şəxs3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs1, Şəxs2 və Şəxs3 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq 22 fevral 2024-cü il tarixli, MN 1846185, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və onlara əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına baxış zamanı Şəxs1, Şəxs2 və Şəxs3 İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokollar ayrı-ayrılıqda məhkəməyə təqdim edilməli olduğu halda bir icraatda məhkəməyə təqdim edilmişdir ki, bu da sənədlərin düzgün tərtib olunmamasına dəlalət edir. Bununla yanaşı, törədilmiş əməl nəticəsində zərərin məbləğinin hansı qaydada müəyyən edilməsi aydın olmamaqla buna dair hər hansı sübut materiala əlavə edilməmişdir ki, bu da sənədlərin natamam formada məhkəməyə təqdim edilməsinin göstəricisidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs1, Şəxs2 və Şəxs3 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq 22 fevral 2024-cü il tarixli, MN 1846185, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiallar Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs1, Şəxs2 və Şəxs3 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokollar və onlara əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2009/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2009/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver