Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2018/2021 17.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən daxil olmuş ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Şəxs Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən sahə inspektoru X2 izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə gecə saat 00:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 13-cü polis bölməsinə gətirilmişdir. Bölmədə onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir büküm ağ kağıza bükülmüş içərisində yaşıl ot kütləsini və və bir büküm şəffaf rəngli sellefona bükülmüş içərisində kristal formada olan maddəni təqdim edərək, həmin bükümlərin içərisində birində narkotik vasitə olan marixuana, digərində isə limon duzu olduğunu bildirmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı bir həftə əvvəl Masallı rayonunda olarkən, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə əlaqəli olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan tibbi müayinə protokolu, protokol tərtib etmiş şəxsin izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin Tibbi müayinənin keçirilməsi haqqında 1153 saylı, xx.xx.2021-ci il tarixli aktından görünür ki, Şəxs sidiyində MET (+), AMP (+), THC (+) aşkar edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 7/357 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şəxs aşkar olunmuş iki ədəd büküm” yazılar və imzalar olan zərfdə bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,070 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuandır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarda olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə, 3 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33.1.2ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Məhkəmə, hesab edir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etməsi sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №3(008)-2018/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2018/2021
17.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver