Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2019/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 04 aprel 2023-cü il tarixli 00100-00803/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "X5" MMC tərəfindən **********0955 saylı GB-ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq mallar geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "X5" MMC tərəfindən heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Bundan başqa, "X5" MMC tərəfindən **********0897 saylı Gömrük Bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq mallar geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "X5" MMC tərəfindən heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Bundan başqa, "X5" MMC tərəfindən **********0888 saylı Gömrük Bəyannaməsi müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq mallar geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "X5" MMC tərəfindən heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Araşdırma zamanı Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, raportların hər birində qeyd olunan müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər xx.xx.2022-ci il tarixli, HİS 11- 20 saylı müqavilə əsasında eyni tarixdə 3 gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli **********0955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə eyni ixracatçıya “Hidro inşaat Service” şirkətinin Gürcüstan filialına göndərilmişdir. Hər 3 bəyannamə üzrə müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmiş malların geri qaytarılmasının son müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş, daha sonra xx.xx.2021-ci il tarixli müraciət əsasında qeyd olunan yüklərin müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq, 01,10.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, Şəxs 5(beş) ay sonra həmin malları ölkə ərazisinə geri qaytararaq 15 mart 2023- cü il tarixdə təkrar idxal gömrük prosedurunda yerləşdirmişdir. xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0699 sorğu nömrəli gömrük bəyannaməsi ilə, **********0897 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0707 sorğu nömrəli gömrük bəyannaməsi ilə, **********0888 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0719 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurunda yerləşdirmişdir. Bununla da “X5" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5” MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış yüklərin ümumi dəyəri 23251.99 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 gömrük qaydalarının pozulduğunu etiraf edərək əməllərindən peşman olduqlarını bildirərək aşağı həddə cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Gömrük xidmətinin X1 sistemindən” əldə olunmuş “müvəqqəti idxala (ixraca) nəzarət” barədə çıxarışdan görünür ki, Şəxs tərəfindən **********0955 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il kimi müəyyən edilmişdir; "X5" MMC tərəfindən **********0897 saylı Gömrük Bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsi müəyyən edilmişdir. Bundan başqa, "X5" MMC tərəfindən **********0888 saylı Gömrük Bəyannaməsi müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixində bitməsi müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, raportların hər birində qeyd olunan müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər xx.xx.2022-ci il tarixli, HİS 11-20 saylı müqavilə əsasında eyni tarixdə 3 gömrük bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli **********0955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə eyni ixracatçıya “Hidro inşaat Service” şirkətinin Gürcüstan filialına göndərilmişdir. Hər 3 bəyannamə üzrə müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmiş malların geri qaytarılmasının son müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmiş, daha sonra xx.xx.2021-ci il tarixli müraciət əsasında qeyd olunan yüklərin müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müvəqqəti ixrac müddətinin 01,10.2022-ci il tarixində bitməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, Şəxs 5(beş) ay sonra həmin malları ölkə ərazisinə geri qaytararaq 15 mart 2023-cü il tarixdə təkrar idxal gömrük prosedurunda yerləşdirmişdir. xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0699 sorğu nömrəli gömrük bəyannaməsi ilə, **********0897 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0707 sorğu nömrəli gömrük bəyannaməsi ilə, **********0888 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac olunan mallar xx.xx.2023-cü il tarixli **********0719 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurunda yerləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 245 nömrəli qərarına əsasən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2020-ci il tarixli **********955 sorğu nömrəli, **********0897 sorğu nömrəli, **********0888 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış ümumilikdə dəyəri 23251.99 manat olan yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2022-ci il tarix müəyyən edilsədə, Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 4650 (dörd min altı yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2019/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2019/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver