Məhkəmə qərarları › İş №3(008)-2023/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2023/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2023/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanova, X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından şikayət verilməsi göstərilsə də, həmin qərarın tarixi və nömrəsi şikayətdə göstərilməmiş, mübahisələndirilən qərar şikayətə əlavə edilməmişdir ki, belə olan halda şikayət vermiş şəxsin həmin qərarı alıb-almamasını, qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüb-ötürməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul etdiyi qərarı və həmin qərarın onun tərəfindən hansı tarixdə əldə edilməsinə dair sənədi şikayətə əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar