Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2025/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 15 iyun 1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 2 A, mənzil 73-də qeydiyyatda olan və yaşayan-X4 Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inzibati xəta haqqında İXP ******* saylı, 30.03.2021-ci il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inzibati xəta haqqında İXP ******* saylı, 30.03.2021-ci il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 öz izahatında göstərmişdir ki, idarə etdiyi “Wolkswagen” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik maşını 11 mart 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində DYPİ əməkdaşları tərəfindən saxlanılaraq guya onun tərəfindən minik maşınında avadanlığın dəyişdirilməsi əsas gətirilərək birdəfəlik dayanacağa yerləşdirilmişdir. Məlumat üçün bildirir ki, tərəfindən minik maşınında hər hansı avadanlığın dəyişdirilməsi və konstruksiya modifikasiyası aparılmamış, sadəcə olaraq üzərində kimyəvi təmizlik və dezinfeksiya işlərinin aparılması məqsədilə arxa oturacaqlardan biri müvəqqəti olaraq çıxarılmışdır. Lakin buna baxmayaraq barəsindədə faktiki olaraq 30 mart 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmiş və 17 mart 2021-ci il tarixə “ASAN Ödəniş” informasiya sisteminə yerləşdirilmişdir. Eyni qaydada, həmin inzibati xəta üzrə icraata dair 25 mart 2021-ci il tarixə qərar qəbul edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X3 ödəniş məlumatları üzrə çıxarışdan görünür ki, mübahisəli protokolun tarixi 30 mart 2021-ci il kimi göstərilmişdir. Maraqlıdır ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta üzrə icraatın tələblərinə əsasən ilk növbədə inzibati xəta protokolu, daha sonra onun əsasında inzibati xəta üzrə qərar qəbul edildiyi halda, hazırki vəziyyətdə istinad olunan portaldan çıxarışın məzmunundan görünür ki, 25 mart 2021-ci il tarixdə qərar qəbul edildikdən sonra 30 mart 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və qanusuz olduğundan məhkəmədən şikayətinin təmin olunmasını, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən X1 izahatını dinləyib, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İXP ******* saylı, 30.03.2021-ci il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, 30.03.2021-ci il tarixli elektron protokolun çıxarışının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 barəsində qəbul edilmiş qərara əsasən X6 30.03.2021-ci il tarixində avadanlığın dəyişdirilməsi və konstruksiya modifikasiyasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmə haqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İXP ******* saylı, 30.03.2021-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İXP ******* saylı, 30.03.2021-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-2025/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2025/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver