Məhkəmə qərarları › İş №3(008)-2028/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2028/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2028/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəsi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan – Hüseynli̇ İsmayil Aki̇ f oğlu Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci ildə saat 21:00 radələrində Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə rəsi, polis mayoru X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində BMW markalı **-GH-*** d.q.n. avtomobilin içində olan 3 (üç) nəfər şəxsin özlərini şübhəli apardığını görərək onlara yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər, onlardan özlərini təqdim etməsini tələb etsə də, lakin onlar özlərini təqdim etməkdən imtina edərək, onlara verilən suallara əsəbi halda cavab verdikdən sonra polis əməkdaşının ünvanına nəlayiq ifadələr söyləməyə başlamışlar. Onları intizamlı olmağa dəvət etsə də onlar buna məhəl qoymadan hərəkətlərinə davam etmişlər. Nəticədə onları 13-cü PŞ-nə dəvət etsələr də, PŞ-nə gəlməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmadıqları və öz əməllərinə davam etdikləri üçün “AR Polis haqqında” qanunun 26.2-ci bəndinin rəhbər tutaraq həmin şəxslərə fiziki qüvvə tətbiq etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxslər X7, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu və X2r. Həmin şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinəyə aparılmışdır. Müayinə zamanı Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun sidiyindən MOP (+), AMP (+), MET (+) aşkar olunaraq, kannabinoidlərdən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li və 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun həmin maddələr ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolları müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində özünə məxsus BMW markalı **-GH-*** d.q.n. avtomobilin içində Elşən və Elvin adlı dostları ilə əyləşdikləri zaman 2 (iki) polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək, özlərini şübhəli apardıqlarına görə onlardan özlərini təqdim etməsini tələb etsə də, onlar özlərini təqdim etməkdən imtina etmişlər və polis əməkdaşları onları 13-cü PŞ-nə dəvət etmişlər, onlar isə PŞ-nə getməkdən imtina etmişlər. Nəticədə onları xidməti polis maşınına məcburi qadada əyləşdirib PŞ-nə aparmışlar və şəxsiyyətləri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə onlar narkoloji mərkəzə aparılaraq müayinədən keçirilmişlər. Bildirir ki, narkotik istifadəçisi deyil və etdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 2152 nömrəli rəyindən görünür ki, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun sidiyindən MOP (+), AMP (+), MET (+) müsbət aşkar olunmuşdur, lakin halhazırda narkomaniyadan əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlunun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1-ci və 206-cı maddələri sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-140-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Hüseynlı̇ İsmayıl Akı̇ f oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar