Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2031/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Sabunçu RPİ-nin 15-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsində yerləşən “Oba” marketdə yüksəs səslə danışıb nəlayiq küçə söyüşlərindən istifadə edib, polis əməkdaşlarına müqavimət göstərmişdir. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu RPİ-nin 15-ci Polis bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib edən Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs nun küçədə nalayiq ifadələr işlətməsinin şahidi olmuşlar. Həmin şəxsin yanında başqa bir şəxs də olmuşdur. Şəxs yanında şəxslə birlikdə “Oba market”ə daxil olmuşdur. Digər polislərlə birlikdə həmin marketə daxil olub, həmin şəxsə polis əməkdaşı olduqlarını küçədə nalayiq ifadələr işlədə bilməyəcəyini bildirib onu PB-nə dəvət edən zaman o, polisin ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Həmin şəxsi digər polislərin köməkliyi ilə çətinliklə PB-nə gətirmişlər. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə əsəbi olduğundan küçədə telefonla danışarkən nalayiq ifadə işlətmişdir. Lakin polisin qanuni tələbini pozmamışdır. Oba marketə daxil olduqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O, həmin şəxslər mülki geyimdə olduğundan onların polis olduqlarını bilməmişdir. Həmin şəxslər onu küçəyə dəvət etdikdə o, bundan imtina etmişdir. Bu zəmində aralarında mübahiə yaranmışdır. Sonradan o, onların polis olduğunu bilmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt dostu Nurlan yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir. ki, xx.xx.2025-ci il tarixdə dostu Eldənizlə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olan zaman dostu bir qədər əsəbi olduğundan küçədə telefonla danışarkən nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar “Oba” marketə daxil olmuşlar. Polislər onların arxasınca marketə daxil olmuşlar, onları küçəyə dəvət etmişlər. Bu zaman aralarında mübahisə yaranmışdır. Eldənizin polisin ünvanına nalayiq ifadə işlətməsini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədiq edilmiş: Sabunçu RPİ-nin 15-ci PB-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:15-də Zabrat qəsəbəsi, 1 may küçəsində yerləşən “Oba” marketdə yüksəs səslə danışıb nəlayiq küçə söyüşlərindən istifadə edib, polis əməkdaşlarına müqavimət göstərmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs AR İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixdə saat 23:05-də tutulmuşdur; Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazi olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsində yerləşən “Oba” marketin qarşısında olan zaman 2 nəfər şəxslərdən birinin ucadan mübahisə edərək ünvansız nəlayiq küçə söyüşləri işlətdiyini müşayiət edib həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd tələb etdikdə üzərilərində heç bir sənəd olmadığı üçün həmin şəxsləri Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. PB-də müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.2001-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü Şəxsdur. Buna görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuş və həmin şəxslər barəsində qanuni tədbir görülməsindən ötrü görstəriş verilməsi xahiş edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə Şirvan şəhər Məhkəməsinin 3(032)-241/2025 saylı qərarı ilə İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs AR İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar eyni xətanı törətməsinin müəyyən edilməsini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş şəxsə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X3 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2031/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2031/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver