Məhkəmə qərarları › İş №3(008)-2032/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2032/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2032/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 aprel 2025-cİ il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ 246750.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 246750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Hüquqi şəxs “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmir, eyni iş üzrə inzibati orqan tərəfindən iki ayrı protokol tərtib edilərək məhkəməyə göndərilmiş, digər protokol üzrə icraat məhkəmənin icraatındadır. İşin bu halını və ödənişin qayıtmasını nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi və hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələriinin səbəblərii barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2033/2025 saylı qərarından görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 246750 ABŞ dolları məbləğində vəsait məbləğinin iyirmi faizi miqdarında, yəni 49350.00 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN 246750.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2023-cü il tarixdə xaricə köçürdüyü və 2 il müddət keçsə də, 246750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi, valyuta vəsaitini geri qaytarmadığı qeyd edilmişdir. Göründüyü kimi hüquqi şəxs barəsində artıq eyni hal üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində eyni hal üzrə inzibati təhbeh tətbiq etmə haqqında hakimin qərarı olduğundan, hazırki iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 53.1.7, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “ETAY GROUP İÇ VƏ DİŞ TİCARET LİMİTED ŞİRKƏTİ” NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXMnin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar