Məhkəmə qərarları › İş №3(008)-2034/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2034/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2034/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə saat Sabunçu rayon, Nardaran qəsəbəsi, Ləhiş bağları 22-ci dalanda yerləşən torpaq sahəsində olan dəmir qapını sökərək Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat ziyan vurmuşdur. Sabunçu RPİ-nin 42-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 17 mart 2025- ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və 18 aprel 2025-ci il tarixində məktubla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, 18 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs isə məhkəmə iclasına gəlmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 17 mart 2025-ci il tarixli MN ******* sayli inzibati xəta haqqinda protokoldan görünür ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə Nardaran qəsəbəsi, Ləhiş bağları 22-ci dalanda yerləşən torpaq sahəsində olan dəmir qapını sökərək Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs DİN-nin “Xidməti-Zəng” mərkəzi sisteminə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib hissəsi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti icra edilməsi üçün aidiyyəti əməkdaşa həvalə edilmişdir; Şəxs materiallarda olan izahatından görünür ki, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs ilə arasında mülkiyyət mübahisəsi olduğundan 17 noyabr 2024 cü ildə Sabunçu rayon, Nardaran qəsəbəsində yerləşən 2660 saylı bağ evinə sahəsinə gedərək orada Həmid tərəfindən qoyulmuş özü ilə apardığı lom vasitəsi ilə sındıraraq həyətə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə razılaşmadığı üçün həmin qərardan şikayət etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatəti təmin olunmuş, Sabunçu Rayon Prokuroru İbrahim Ləmbəranskinin 26 fevral 2025-ci il tarixli qərarı ilə Sabunçu RPİ-nin 42-ci PB-də toplanmış HK-1/559/24 və HK- 1/569/24 nömrəli material üzrə 42-ci PB-nin təhqiqatçısı, polis kapitanı Firuz Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız olduğundan ləğv edilmiş və HK-1/559/24 və HK-1/569/24 nömrəli material əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin 42-ci PB-nə göndərilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qeydolunanlar nəzərə alınmaqla Şəxs barəsində toplanmış inzibati materialın onun əməlinə hüquqi qiymət verilmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material şəxsin əməlinə hüquqi qiymət verilmədən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs əməlində cinayət tərkibinin olub-olmamasına qiymət verilmədən inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar