Məhkəmə qərarları › İş №3(008)-2036/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2036/2023

24.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2036/2023 24.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-ci Polis bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin sahə rəisi X1 tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında toplanmış materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* saylı protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə rəisi X2, tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, X3 ilə üzbəüz yerləşən kafedə oturub, pivə içən zaman, mülki geyimli iki nəfər ona yaxınlaşaraq oturduğu masadan dərhal qalxmasını tələb etmişlər, o isə qalxmamışdır. Daha sonra ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etmədiklərinə görə, onların polis olduqlarını bilməmişdir. Daha sonra polis bölməsinə aparmışdır. O, həmin şəxslərə heç bir müqavimət göstərməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ərazisində polis əməkdaşları xidmət aparan zaman Şəxs yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədləri göstərməyi bildirdikdə o səs küy salaraq, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesiklik göstərmişdir. . İş materiallarında olan AZA №018087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 1/1382 saylı, xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə verdiyi izahatından görünür ki, o, polis bölməsində məhkəmə iclasında verdiyi izahatla eyniməzmunlu izahat verməklə, özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Tərtib edilmiş inzibati xəta haqqında protokolda şəxsin polis əməkdaşlarına tabesizlik göstərdiyi qeyd olunsa da, tabesizliyin hansı hərəkətlərlə, davranışla və ya sözlərlə ifadə olunduğu açıqlanmamışdır. Məhkəmə iclasında tərəflərin izahatlarında da Şəxs polis əməkdaşlarına tabesizliyi hansı formada həyata keçirdiyi müəyyən olunmamışdır. Əksinə, Şəxs, izahatında mülki geyimdə olduqlarından, ona yaxınlaşan şəxslərin polis olduqlarını anlamadığını, həmin şəxslərin özlərini təqdim etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmir. Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağın nədə ifadə olunduğu qeyd olunmayan inzibati xəta haqqında protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas hesab edilə bilməz. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün digər tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 105-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar