Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2036/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X15 haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X20 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X15 haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 xx.xx.2024-cü il tarixində saat 07:40 radələrində istifadəsində olan ** OS *** dövlət qeydiyyat nişanlı, Mitsubishi-İO minik markalı avtomobil ilə Zabratdan şəhər istiqamətində hərəkətdə olan zaman yol buzlu olduğu üçün qarşısında olan avtomobillərin sürüşdüyünü görən kimi, qəzadan yayınmaq üçün avtomobilini təhlükəsiz yerə, yəni sağ tərəfdə olan köməkçi yola sürmüş və avtomobilini çətinliklə də olsa dayandırmışdır. Bu zaman arxasınca gələn Kia Ceed markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ hissəsinə çırpılmışdır. Qəza nəticəsində avtomobilində olan azyaşlı qızı xəsarətlər almışdır. O, dərhal DİN-nin 102 qaynar xəttinə zəng etmiş, hadisə barədə məlumat vermiş və avtomobilində xəsarət alanın olduğunu bildirmişdir. Hadisə yerinə Bakı şəhər DYPİ-nin Polis X4 YPX avtomobili ilə yaxınlaşdı. Hadisə yerinə baxdıqdan sonra heç bir kamera görüntüsünə baxmadan, hadisəni dəqiq müayinə etmədən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib etdi. Bildirir ki, həmin zaman dəfələrlə DYPİ-nin Polis X2 avtomobilində xəsarət alan azyaşlı qızının olduğunu bildirsə də, o onun sözlərinə məhəl qoymayaraq, qərəzli şəkildə hadisə yerindən dərhal getmişdir. Həmin protokolun əsassız olduğu barədə dəfələrlə BDYPİ-nə müraciət etsə də, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* saylı X15 Haqqında Qərar yazılmışdır. Hal-hazırda Kia Ceed markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilinə çırpılması nəticəsində avtomobilinə xeyli maddi ziyan dəymişdir. Azyaşlı uşağını özü müalicə etdirmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən - Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Yol X8 50-ci maddəsinin İ-ci bəndinə əsasən— Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Qanunlarının yuxarıda qeyd etdiyi maddələrindən görünür ki, o yolda qəzanın baş verməməsi üçün əlindən gələni edib, avtomobilini tam təhlükəsiz yerdə saxlaya bilmişdir. Lakin arxadan gələn Kia Ceed markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun buzlu olmasını nəzərə almamış və avtomobilini yüksək sürətlə idarə etdiyi üçün saxlaya bilməyərək, onun istifadəsində olan ** OS *** dövlət qeydiyyat nişanlı, Mitsubishi-İO minik markalı avtomobilin sağ hissəsinə vurmuşdur. Hadisə yerində olan Bakı şəhər DYPİ-nin Polis X4 hadisə yerini və hadisənin baş vermə səbəbini düzgün araşdırmamış və nəticədə barəsində əsassız protokol tərtib etmişdir. Bildirir ki, hadisənin baş verdiyi yerdə TŞ 0-008 nömrəli Təhlükəsiz Şəhər kamerası var. Lakin YPX əməkdaşı həmin kamera görüntüsünə baxmamış, ədalətsiz protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhər DYPİ-nin Polis X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında yazılmış xx.xx.2024-cü il tarixli TP ******* saylı X15 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X15 haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı X15 haqqında qərardan görünür ki, X12 xx.xx.2024-cü il tarixində saat 07:40-da Sabunçu rayonu, Şəhər şossesi ünvanı ərazisində “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 xx.xx.2024-cü il tarixində saat 07:40-da Sabunçu rayonu, Şəhər şossesi ünvanı ərazisində “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X12 iş materiallarında olan izahatında göstərmişdir ki, 28.02.204-cü il tarixdə 07:40da etibarnamə ilə idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Şəhər şossesi istiqaməti ilə 40-60 arası sürətlə hərəkət edirdi. Yol buz olduğundan qarşısındakı avtomobil sürüşmüşdür. O ona dəyməmək üçün əyləcdən istifadə etməsi nəticəsində maşın fırlanaraq köməkçi yolun kənarına dəyərək perpendikulyar dayanmışdır. Həmin vaxt hərəkətdə olan “KİA CEED” markalı **-ED-*** nömrəli avtomobil sürüşərək qarşı hissəsi sağ yan hissəsinə dəymişdir. Sərxoş olmamışdır. Özünü təqsirli hesab etmir, protokolla razı deyil. X7 iş materiallarında olan izahatında göstərmişdir ki, 28.02.204-cü il tarixdə 07:40-da özünə məxsus “KİA CEED” markalı **-ED-*** nömrəli avtomobillə Sabunçu rayonu, Şəhər şossesi istiqamətində hərəkətdə olarkən yolun qarşsında hərəkət edən “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əyləci basıb, fırlanıb əks istiqamətdə dayanmış və aralarında olan məsafə 3-4 metr olduğu üçün o toqquşmamaq üçün manevr etmək istəmiş, lakin avtomobilin qabaq hissəsi onun avtomobilinin sağ yan hissəsi ilə toqquşmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə qırx manat məbləğində cərimə tətbiq edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. Beləliklə, X12 barəsində Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP seriyalı ******* saylı X15 haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X12 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X9 şikayəti qismən təmin edilməli, Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı X15 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X20 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X9 şikayəti qismən təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı X15 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər X20 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2036/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2036/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver