Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2038/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə" xx.xx.2025-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs xx.xx.2025-ci ildə Bakı şəhəri Sabunçu rayonu Nardaran kəndində yerləşən "Sea Breeze" yaşayış kompleksində tikilməkdə olan yaşayış kompleksində xx.xx.2023-cü ildə "xxxx" ASC arasında bağlanmış subpodrat müqaviləsi əsasında görən "xxxx" MMC-nin fəhləsi X3 əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılmadan və bilikləri yoxlanılmadan işə buraxdığına görə “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamənin 4-cü, 6-cı bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan Asif Beydullayevin sağlamlığına az ağır zərər vurmuş, bunulda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X9 qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, barəsində tərtib edilmiş protokolla razıdır. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Törətdiyi əməli səmimi olaraq etiraf edir və peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla və özünün etirafı ilə öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X10 xx.xx.2025-ci il tarixli, 156 nömrəli ekspert rəyindən görünür ki, X1 təpə nahiyəsinin əzilmiş yarası, sağ V, Vİ qabırğaların, İV, V, İX, Xİİ döş fəqərələrinin qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/987 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalanının 5.4 bəndinin və Müəssisədə işçilərin əməyinin mühafizəsi uzrə təlimi ve biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamənin 4-cu, 6-cı bəndlərinin tələbləri pozulmuşdur. X5 əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılmadan və bilikləri yoxlanılmadan işə buraxıldığına görə, «Müəssisədə işçilərin amayınin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamənin 4-cü, 6-cı bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. "Sea Breeze" yaşayış kompleksinin ərazisində "Sky Line hotelində izolyasiya işlərinin aparıldığı sahədə yuxarıdan düşən materiallar ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin daxil olmasının qarşısını almaq üçün həmin zonanın hasarlanması təmin edilmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.4 bəndinin tələblən həmin işin təhlükəsiz apanlmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini və X2, əməyin mühafizəsinə dair təlimatlandırılmadan işə buraxıldığını nəzərə aldıqda, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması hali muəyyən edilmir. İşlərin icrasına dair xidmət müqaviləsi"nə əsasən iş sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalanna riayət olunmasını üzərinə götürmüş Şəxs tərəfindən pozulmuşdur. Hadisənin avadanlığın texniki vəziyyətinin mövcud qaydaların tələblərinə uyğun olmaması nəticəsində baş verməsini nəzərə aldıqda X5 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" xx.xx.2025-ci il tarixli qərardan və əlavə edilmiş digər materiallardan görünür ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən vəzifəli şəxs, xx.xx.1961-cı ildə Şəki rayonu Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 6 A-da qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EAC-SAPM-195/23 saylı "Subpodrat müqaviləsin"dən görünür ki, Subpodratçı əməkdaşlar üçün təhlükəsiz əmək şəraitini, fərdi mühafizə vasitələrini təmin etməyi, onlara işin təhlükəsiz yerinə yetirilməsi metodları və üsullarını öyrətməyi öhdəsinə götürür. Subpodratçı işçilərin və onun fəaliyyətinin təsiri altına düşən şəxslərin mühafizəsi üçün görülən tədbirləri müəyyən etməklə, sağlamlığın qorunması və təhlükəsizlik üzrə planları işləyib hazırlamalı və yerinə yetirməlidir. Bundan başqa, Subpodratçı öz fəaliyyətinin səbəb olduğu və işçiləri və digər şəxsləri, həmçinin ətraf mühit üçün təhlükə hesab edilən zərərli təsiri müəyyən etməli, aradan qaldırmalı və ona nəzarət etməlidir. Subpodratçı qüvvədə olan qanunvericiliyə uyğun olaraq, sağlamlığın və əməyin mühafizəsi, baş verən bədbəxt hadisələrin, travmaların və iş yerində təhlükəsizlik və sağlamlığın riskə məruz qaldığı digər məlum halların vaxtında və tam qeydə alınması məsələləri üzrə işçiləri effektiv məlumatlandırma və konsultasiya sistemlərini işləyib hazırlamağı və onların fəaliyyətini təmin etməyi öhdəsinə götürür. Subpodratçı həm xidmət göstərilən yerdə, həm də Subpodratçı tərəfindən təqdim olunduğu halda yaşayış otaqlarında sanitar-gigiyenik tələblərə riayət olunmasını (İşçilərin sayına və onların ehtiyaclarına uyğun), o cümlədən sanitar qovşaqlarına girişi, içməli sudan istifadəni təmin etməli, həmçinin zəruri hallarda ərzaq məhsullarının saxlanılması üçün sanitar-gigiyenik şəraiti yaratmalıdır. Subpodratçı həyat və sağlamlıq yaxud ətraf mühit üçün potensial təhlükəli olan qəza və fövqəladə halların qarşısının alınmasına yönəldilən proseduraları işləyib hazırlamalı və onları həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Şəxs arasında xx.xx.2023-cü ildə subpodrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu müəyyən edilmiş işləri icra etməyi öhdəliyinə götürmüşdür. Şəxs eyni zamanda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyır. Onun tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən xx.xx.2025-ci ildə X5 Bakı şəhəri Sabunçu rayonu Nardaran kəndində yerləşən "Sea Breeze" yaşayış kompleksində tikilməkdə olan yaşayış binasında fəhlə kimi iş görən zaman üzərinə daş tökülməsi nəticəsində dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almış, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Şəxsdur və əməyin mühafizə qaydalarına dair təlimatlandırma və biliklərin yoxlanılması onun səlahiyyətində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş "İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə" xx.xx.2025-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2038/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2038/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver