Məhkəmə qərarları › İş №3(008)-2079/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2079/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2079/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl rayonu Mehdili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 27 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Sabunçu rayon məhkəməsinin 2(008)-4406/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(008)-1790/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2(008)-4381/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Sabunçu rayon məhkəməsinin 2(008)-4406/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(008)- 3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(008)-1790/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2(008)-4381/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmiş, bundan sonra, dəfələrlə borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Zərərçəkmiş şəxslərin şikayəti və göstərilənlərə əsasən borclu şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 aprel 2023-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs icra sənədləri üzrə müvafiq olaraq 5013 manat, 525 manat, 2094 manat, 2325 manat borcu zərərçəkmş şəxslərə ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sabunçu rayon məhkəməsinin 2(008)-4406/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 5013 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq X3 xeyrinə, 2(008)-4381/2022 nömrəli xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən 525,80 manat satılmış tekstil çeşidlərini dəyəri, 31 manat məbləğində dövlət rüsumu X5 xeyrinə, 2(008)-1790/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 1050,02 ABŞ dolları əsas, 1024,81 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə, 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49322 Samsung Galaxy S9 markalı telefon üçün 2115 (iki min yüz on beş) manat əsas, 210 (iki yüz on) manat məbləğində cərimə borcu, cəmi 2325 (iki min üç yüz iyirmi beş) manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödəməlidir. Himayəsində üç azyaşlı övladı var, onlara qulluq etdiyindən işləyə bilmir, yaxın vaxtlarda uşaqları bağçaya yerləşdirərək işləyəcəyini, icra vərəqələri üzrə borcunu ödəyəcəyini bildirərək barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu rayon məhkəməsinin 2(008)-4406/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 5013 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq X3 xeyrinə tutulmalıdır. icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Sabunçu rayon məhkəməsinin 2(008)-4381/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 525,80 manat satılmış tekstil çeşidlərini dəyəri, 31 manat məbləğində dövlət rüsumu tutulub X5 xeyrinə ödənilməlidir. icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Sabunçu rayon məhkəməsinin 2(008)-1790/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə Şəxs 1050,02 ABŞ dolları əsas, 1024,81 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Sabunçu rayon məhkəməsinin 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49322 Samsung Galaxy S9 markalı telefon üçün 2115 (iki min yüz on beş) manat əsas, 210 (iki yüz on) manat məbləğində cərimə borcu, cəmi 2325 (iki min üç yüz iyirmi beş) manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödəməlidir. icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər.Məhkəmə iclasında tədqiq edilmiş 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, icra məmurunun çıxışı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(008)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(008)-4381/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar