Məhkəmə qərarları › İş №3(008)-208/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-208/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-208/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi, “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 28 dekabr 2024-cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 3069096.07 Rusiya Rublu məbləğində vəsaiti 08 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3069096.07 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi, “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Şəxs 3069096.07 Rusiya Rublu məbləğindəki vəsaiti mal alındıqdan sonra xaricə köçürülmüşdür. 31-22ПР N li müqaviləyə əsasən ******* N li hesab-faktura üzə Şəxs MMC adından ödənilən xx.xx.2022-ci il tarixli 3069096.07 məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasına malların çatdırılmasından sonra köçürülmüşdür. Belə ki, ödəniş sənədində “ilikin” ödəniş mexaniki səhvdir. Yükləmə ödəniş möhləti zamanı həyata keçirilmişdir. Bunu təsdiq edən "xxxx" MMC tərəfindən ünvanlanmış məktubu məhkəməyə təqdim edirəm. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən də görünür ki, ölkəyə gətirilmiş mallar "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 31-22ПР N li müqavilə üzrə alınmış mallardır və həmin malların dəyəri xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüşdür. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 08 dekabr 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 3069096.07 Rusiya Rublu məbləğində xarici valyutada olan pul vəsaiti 08 dekabr 2022-ci il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 dekabr 2024-cü il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 3069096.07 Rusiya Rublu məbləğində vəsaiti 08 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3069096.07 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs MMC qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1040, ünvan 1 A-dır. Məhkəmə iclasında təqdim olunmuş "xxxx" MMC tərəfindən yazılmış məktubdan görünür ki, 31-22ПР N li müqaviləyə əsasən ******* N li hesab-faktura üzə Şəxs MMC adından ödənilən xx.xx.2022-ci il tarixli 3069096.07 məbləğində pul vəsaitləri xx.xx.2022-ci il tarixində Azərbaycana malların çatdırılmasından sonra köçürülmüşdür. Belə ki, ödəniş sənədində “ilkin” ödəniş mexaniki səhvdir. Yükləmə ödəniş möhləti zamanı həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 31-22ПР N li xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ******* N li hesab-faktura üzə 3069096,07 Rusiya rublu dəyərində mallar Azərbaycan Respublikasına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, 31-22ПР N li müqaviləyə əsasən ******* N li hesab-faktura üzə Şəxs MMC adından xx.xx.2022-ci il tarixdə ödənilən 3069096.07 məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixində Azərbaycana malların çatdırılmasından sonra köçürülmüş, ödəniş sənədində “ilikin” ödəniş mexaniki səhv olmuşdur. Yəni, xx.xx.2022-ci il tarixdə ödənilən 3069096.07 məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə Azərbaycana göndərilmiş malların dəyəri olmuşdur. İşin faktiki hallarından görünür ki, iki şirkət arasında müqavilədən irəli gələn öhdəliklərin icrası üzrə münasibətlər malların dəyərinin qabaqcadan ödənişi şəklində deyil, malların ölkəyə göndərilməsindən sonra onların dəyərinin ödənilməsi şəklində həyata keçirilməsi istiqamətində qurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqanın inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas hesab etdiyi Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş 3069096.07 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait üzrə mallar xx.xx.2022-ci il tarixdə ölkəyə daxil olduğundan və bununla da Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar