Məhkəmə qərarları › İş №3(008)-2082/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2082/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2082/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı, 20 aprel 2023-cü il tarixli protokola əsasən 20 aprel 2023-cü il tarixində ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “Bravo” marketdə olanlı YTM keçirilən zaman YTQ-01-2001, bənd 6.1 pozulması aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X6 hazırda inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan inzibati xətanın aradan qaldırıldığını və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 orqan tərəfindən MMC-dən hər hansı sənədin tələb edilmədiyini, inzibati xətanın aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqana cəriməni şərti tətbiq etməklə müddət verilmədiyini, hazırda protokolda göstərilən pozuntunun aradan qaldırıldığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qəbul edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” 01359 saylı, 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs nda planlı yoxlamanın aparılması qərara alınmışdır. 01359 saylı, 20 aprel 2023-cü il tarixli “Yanğın-texniki müayinə aktı”ndan və “Yanğıntexniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 01359 saylı, 20 aprel tarixli qərardan görünür ki, obyektin elektrik təsərrüfatının istismarı zamanı “X2 Qaydaları”nın pozulması müəyyən edilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 20 aprel 2023-cü il tarixində ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “Bravo” marketdə olanlı YTM keçirilən zaman YTQ-01-2001, bənd 6.1 pozulması aşkar edilmiş, protokolun tərtib olunması zamanı MMC-nin səlahiyyətli şəxsləri izahat verməkdən imtina etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla Şəxs əməlində AR İXM-nin 518.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati icraat aparılan Şəxs müvafiq səlahiyyətli şəxsinə pozuntu barədə məlumat verilərək vəzifəli şəxsə cərimə şərti tətbiq edilməklə pozuntunun aradan qaldırılması üçün müddət verilmədən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, hüquqi şəxsin məlumat aldıqdan sonra dərhal pozuntunu aradan qaldırdığını, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsinin pozuntunun MMC ərəfindən aradan qaldırıldığını təsdiq edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar