Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2092/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X14i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 26515861 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Baş X14i İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisidir. Həmin nəqliyyat vasitəsinin idarə olunması üçün rəsmi qaydada X5 notarial təsdiq edilmiş etibarnamə vermiş və nəqliyyat vasitəsini hazırda o, idarə edir. Lakin bir neçə dəfə (artıq 2-3-cü dəfədir) DYP tərəfindən həmin avtomobilə yazılmış inzibati cərimələr onun adına yönləndirilmişdir. Əvvəlki hallarda aidiyyəti üzrə şikayət etdikdə cərimələr silinmişdir. Lakin bu dəfə eyni sübutları təqdim etməyinə baxmayaraq, cərimə ləğv edilmir. Qeyd olunub ki, o, nəqliyyat vasitəsini idarə etmədiyini sübut etməlidir. Halbuki bu, artıq təqdim edilmiş və qüvvədə olan etibarnamə ilə sübut olunmuşdur. Bu cür hallar davamlı şəkildə təkrarlanır və o, hər dəfə şikayət yazmağa hansısa dövlət qurumlarına getməyə məcbur olur, vaxt itirir. **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tətbiq olunmuş inzibati cərimənin (bal ilə birlikdə) ləğv olunmasını xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək məhkəmədən DİN-nin Baş X14i İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, **-RT-*** dövlət qeydiyyat nişanlı BMW 520 minik markalı nəqliyyat vasitəsini 09 mart 2025-ci il tarixdə o, idarə etmişdir. Ümumiyyətlə həmin nəqliyyat vasitəsi qohumu Tağıyev Qasımın adına olsa da, ona məxsusdur. Ona görə hesab edir ki, X3 barəsində tətbiq edilmiş cərimə ləğv olunmalıdır. Çünki həmin gün nəqliyyat vasitəsini o, idarə etmiş, qayda pozuntusuna o, yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 26515861 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 18:14-də Sabunçu rayonu, şəhər şossesində “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmağına və ya durmağına görə AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X7 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixədək 7 il 1 ay 15 gün müddətinə X6 idarə etmək üçün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə-səksən manat məbləğində cərimə edilir Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hadisəni ilə bağlı kifayət qədər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərarda X3 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərək inzibati xəta törətdiyi qeyd edilsə də, X7 həmin vaxt nəqliyyat vasitəsini idarə etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X8 nəqliyyat vasitəsini etibarnamə əsasında həmin vaxt özünün idarə etdiyini bildirmişdir. İnzibati xətanın baş verməsi anını özündə əks etdirən fotolarda isə nəqliyyat vasitəsinin şəkilləri arxadan çəkildiyi üçün avtomobili idarə edən şəxsi müəyyənləşdirmək mümkün deyil. Protokolu tərtib edən BDYPİ isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və inzibati xətanın törədilməsini təsdiq edən sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş şəxsin səlahiyyətli orqanın üzərinə düşür. Ona görə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə “BMW 520” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin kim olduğunu müəyyənləşdirilmək üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X14i İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Baş X14i İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26515861 nömrəli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X14i İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində AR DİN-nin Baş X14i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26515861 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş X14i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN-nin Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26515861 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş X14 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-2092/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2092/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver