Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2093/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, X1 iştirakı ilə Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Azadlıq (Zabrat), 10-Jan, GPS: 40.4838364, 49.9532416 ona məxsus X16 minik markalı **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Zabrat dairəsində hərəkətdə olan zaman heç bir avtomobilə maneə törəməyərək öz yolunda hərəkət etmişdir. Dairədən üzü Sabunçu körpüsü istiqamətə hərəkətini davam etdirərək, Sabunçu rayon, DYPİ-nin patrul xidməti inspektoru polis Baş serjantı X9, onun idarə etdiyi **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdıraraq, ona qayda pozuntusu etdiyini bildirərək irad tutmuşdur. O isə öz növbəmdə bildirmişdir ki, öz yolu ilə hərəkətdə olarkən heç bir nəqliyyat vasitəsinə qəza şəraiti yaratmamışdır. Buna baxmayaraq polis baş serjantı, X9 ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qərarsız inzibati xəta yazmışdır. xx.xx.2025-ci il Sabunçu rayon, DYPŞ Polis X3 xx.xx.2025-ci il tarixli polis baş serjantı X5 yazdığı İXP ******* qərarsız protokolu X10 qərarlı TP7078104 inzibati tənbeh vermə haqqında qərar vermişdir. A. R. İ. X. M. 327.2-ci maddəsində nəzərdə tutulmuş 100 AZN (yüz manat) 3 bal cərimə edilmişdir. A. R. İ. X. M.-nin 76.1 maddəsi ilə inzibati xətanın olub-olmamasını İnzibati xəta törədən şəxsin təqsirini və işin düzgün halı üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin səlahiyyətli (vəzifəli şəxsin) əsaslarına bildiyi hər cür faktiki məlumatları inzibati xətalar hüququnda işlər üzrə sübutlar sayılır. Protokolu və İnzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci ildə almışdır. Sabunçu rayon DYPŞ-nin Polis X2 Təhlükəsizlik Şəhər Kamerasının görüntüsünü (record) məhkəməyə və ona təqdim etməsini və göstərilənlərə əsasən TP7078104 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən nəzərdə tutulmuş 100 manat məbləğ və 3 bal cərimənin ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyal ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Baş X15i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 barəsində protokol tərtib etmiş Bakı şəhər X15 İdarəsinin səlahiyyətli nümayəndəsi Nazim Tağıyev məhkəmə iclasında iştirak etməsə də inzibati xəta baş verən yerin və vaxtın videogörüntülərini məhkəməyə təqdim etmişdir. Şikayət verən şəxs də həmin videogörüntü ilə tanış edilmiş, o da videogörüntüdə olan nəqliyyat vasitəsini özünün idarə etdiyini təsdiqləmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini, videogörüntünü və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Azadlıq, 10 jan (Zabrat). ərazisində saat 14:27-də idarə etdiyi “X16” minik markalı, 77RQ381 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; Məhkəməyə təqdim edilmiş videogörüntülərdən də görünür ki, “X16” minik markalı, 77RQ381 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Azadlıq, 10 jan (Zabrat). ərazisində dairəvi yolda yol ayrıcını keçmə tələblərinə riayət etməyərək qaydaları pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X15 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhər, Sabunçu rayon X15 Şöbəsinin polis X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-2093/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2093/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver